Maraqos: Bakı və İrəvan tezliklə sülh sazişini imzalaya bilər
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Avropa İttifaqına (Aİ) üzvlüyün qaydaları çox bəllidir, kriteriyalar var, üzv dövlətlər arasında konsensus olmalıdır, namizəd ölkələr müraciət etməlidir. Amma Ermənistanın timsalında bu baş verməyib. O an gəlirsə, qaydalara əməl etməliyik”.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı səfiri Vasili Maraqos İrəvanın yaxın illərdə Avropa İttifaqına daxil olmaq imkanının olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Ermənistan-Azərbaycan münasibətlərinin yekun tənzimlənməsinin mümkünlüyü ilə bağlı isə Maraqos qeyd edib:
“Vaşinqtonda əldə edilmiş razılaşmaları, sülh sazişinin paraflanmasını alqışlamışıq. Bu, irəliləmək üçün çox yaxşı əsasdır. Ümid edirəm ki, sülh sazişi də tezliklə imzalana bilər. Regionda sülhün bərqərar olması üçün işləməyə hazırıq. Bu, region xalqlarının dəstəyindən asılıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Sentyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















