Icma.az
close
up
RU
Marçinyak penaltini səhv verib, Medinanın həyatı ilə oynayıb!

Marçinyak penaltini səhv verib, Medinanın həyatı ilə oynayıb!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın çərşənbə axşamı səfərdə “Napoli”yə 0:2 uduzduğu oyunu dünya şöhrətli referi Şimon Marçinyak idarə etdi.

Bəs hansı səviyyədə? Polşalı referinin qərarları nə dərəcədə ədalətli idi:
Bu sualları “Futbol+”in eksperti, sabiq hakim Ağahüseyn Əzizov cavabladı:

“UEFA Hakimlər Komitəsinin "Napoli" - "Qarabağ" matçına Şimon Marçinyakın briqadasını təyin etməsi bu oyuna nə qədər böyük önəm verməsinin göstəricisi idi. Deməli, ağdamlılar Avropada özündən söz etdirməyi bacarıb. Son mundialın finalının baş hakiminin bu matçda söz sahibi olması oyunun heç də asan keçəcəyindən xəbər vermirdi. Gözlənilən kimi də oldu. Neapollular uzun müddət "Qarabağ"ın müqavimətini qıra bilmədi, yalnız Kevin Medina məcburiyyətdən meydanı tərk etdikdən sonra hesabı açdılar. Amma gəlin baxaq: hesabın açılmasında hakim amili rol oynadımı? Təəssüf ki, oynadı. Dünyanın aparıcı referiləri də imiclərinə ləkə gəlməsinin müqabilində "Qarabağ"a badalaq vurmağı daha üstün tuturlar. Liqa mərhələsində Bilbaodakı matçın ssenarisi Neapolda da təkrarlandı. Düzdü, ötən dəfə penaltimiz verilməmişdi. Bu dəfə isə olmayan penaltini qapımıza təyin etdilər. Əslində 54-cü dəqiqədə Marko Yankoviç qaydanı pozmuşdu. Lakin buna qədər cərimə meydançamıza daxil olarkən Di Lorentso onun üzünə zərbə vurmuşdu. Bunu da Marçinyak yaxşı görürdü. Lakin Yankoviçə qarşı ediləni görməzdən gəldi, onun etdiyini çox gözəl gördü və böyük həvəslə penalti təyin etdi, üstəlik oyunçumuza sarı vərəqə də göstərdi. Deməli, bir səhv (penalti) digər bir səhvin (sarı vərəqə) yaranmasına səbəb oldu. Hərçənd VAR Marçinyakı monitora dəvət etsəydi, uzun-uzadı baxmağa ehtiyac da yox idi. Cərimə zərbəsi əks tərəfə verilməliydi. Axı necə olur ki, digər matçlarda hakimlər bundan da mürəkkəb epizodları incələyib, yekunda düzgün qərar verirlər, "Qarabağ"a gələndə isə VAR susur? Deməli, Avropada “Qarabağ”a münasibətdə ikili standartlar davam edir. Bəzi hakimlər sanki fürsət gözləyirlər ki, "Qarabağ"ı hesabda geri salsınlar... Bu epizod istisna olmaqla, digər bütün məqamlarda verilən qərarlar yerində idi və mübahisə doğurmurdu. Lakin penalti ilə bağlı səhv qərar bunlara kölgə salır. 51-ci dəqiqədə Maktomineyin güclü zərbəsindən sonra top bir neçə metrlikdə dayanan Medinanın başına tuş gəldi, Kevin huşunu itirərək yıxıldı. Lakin Marçinyak oyunu dərhal saxlamır, hücumun bitməsini gözləyir. Təxminən 5 saniyə sonra "Qarabağ" topa sahib olur və bu məqamda oyunu saxlayır. "Napoli"nin hücumu daha bir neçə saniyə uzansaydı, referu fit verməyə məcbur olacaqdı. Çünki ortada insan həyatına təhlükə var. Belə epizodlarda FİFA oyunu mümkün qədər tez dayandırmağı tövsiyə edir. Təbii ki, Marçinyakın idarəçiliyini məqbul saymaq olmaz. Penalti epizodu olmasaydı, hakimliyi “yüksək səviyyəli” ifadəsiylə xarakterizə etmək olardı”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri