Mariana Vasileva: “Bizə bəxş etdiyin xoşbəxtlik üçün təşəkkür edirik” İdman və Biz
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva karyerasını başa vuran Zöhrə Ağamirova ilə görüşüb.
İdman.biz xəbər verir ki, Vasileva bu barədə sosial şəbəkədə paylaşım edib.
O, peşəkar karyerasını Bakıda keçirilən “Qış nağılı” turnirində başa vuran Ağamirovaya uğurlar arzulayıb: “Zöhrə, seçdiyiniz yolda zəhmətinizə görə çox sağ olun. Bizə bəxş etdiyin xoşbəxtlik üçün təşəkkür edirik. Sizə cansağlığı, uğurlar və yeni sahədə yeni qələbələr arzulayıram. Mən həmişə səninləyəm”.
Qeyd edək ki, Ağamirova iki dəfə Olimpiya oyunlarında çıxış edib, topla hərəkətlərdə Avropa çempionatının bürünc medalını qazanıb, həmçinin İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi, Universiadanın dəfələrlə mükafatçısı olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















