Mariano Diasdan Endrikə mesaj var
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Real Madrid”in sabiq hücumçusu Mariano Dias Endrikin mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, hücumçu gənc futbolçuya əsas heyətdə oynaya biləcəyi komandaya keçməyi tövsiyə edib və bunun inkişaf üçün vacib olduğunu vurğulayıb.
“Əgər Endrik və ya kifayət qədər oynaya bilməyən başqa biri başqa kluba getməli olarsa, ona deyərdim ki, bundan zövq al. Əsas heyətdə oynayacağın komandaya keçmək başına gələ biləcək ən yaxşı şeydir”, - deyə Mariano Dias bildirib.
O əlavə edib ki, futbolçunun özünü göstərməsi üçün mütləq müntəzəm oyun praktikasına ehtiyac var: “Sənə güvənib start heyətə daxil edən özünü sübut etmək şansı yaranır. Hər üç matçdan bir oyun sonlarında meydana çıxmaqla heç nə göstərə bilməzsən. Amma mütəmadi oynayanda çox şeyi sübut etmək mümkündür”.
Mariano Dias sonda qeyd edib ki, Endrik belə bir yolla ayrılsa belə, gələcəkdə Madridə qayıtmaq şansı hər zaman mövcud olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 20 Noyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















