Icma.az
close
up
RU
“Mariya Maçadonun Nobel jesti Trampa laureat statusu qazandırmır AÇIQLAMA

“Mariya Maçadonun Nobel jesti Trampa laureat statusu qazandırmır AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Məlum olduğu kimi, bir müddət əvvəl Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonun Amerika Birləşmiş Ştatlarına, xüsusilə də Ağ Evə səfəri baş tutdu və səfər çərçivəsində o, ABŞ Prezidenti Donald Trampla görüşdü. Görüş zamanı mediada yayılan məlumatlara əsasən, Mariya Maçado öz Nobel sülh mükafatını prezident Donald Trampa təqdim etmişdi. Lakin Donald Trampın bu mükafatı, daha doğrusu, bu hədiyyəni qəbul edib-etmədiyi sual altında idi. Sonradan Donald Trampın verdiyi açıqlamalarda özü təsdiqlədi ki, o, Mariya Maçadonun bu jestini müsbət qarşılayıb və nəticə etibarilə həmin hədiyyəni qəbul edib".

Bunu Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.

Onun fikrincə, Maçadonun öz mükafatını Trampa hədiyyə etməsi o demək deyil ki, ABŞ lideri Nobel sülh mükafatına layiq görülüb:

"Çünki Nobel Komitəsinin qərarlarına əsasən, sülh mükafatı da daxil olmaqla bütün Nobel mükafatları, eləcə də onları təsdiqləyən diplom, pul mükafatı və laureatın adı dəyişilməz olaraq qalır. Yəni Mariya Maçadonun Donald Trampa hədiyyə etdiyi Nobel sülh mükafatı Nobel Komitəsi tərəfindən Donald Trampın rəsmi laureat elan edilməsi anlamına gəlmir, laureatın adı dəyişmir".

Müsahibimiz qeyd etdi ki, tarixdə buna bənzər nümunələr mövcuddur:

"Məsələn, 1943-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı alan Knut Hamsun həmin mükafatı nasist Almaniyasında nazir vəzifəsində çalışan Göbbelsə hədiyyə etmişdi. Lakin bu, Göbbelsin Nobel mükafatı laureatı olduğu demək deyildi. Bu baxımdan yanaşdıqda, Donald Trampın Nobel sülh mükafatına layiq görülməsi və laureat kimi adının qeyd olunması üçün hələ müəyyən müddət və Nobel Komitəsinin müvafiq qərarı tələb olunur. Buradan iki əsas sual meydana çıxır. Birinci sual ondan ibarətdir ki, Mariya Maçado niyə bu addımı atdı? Məlum olduğu kimi, Venesuela əməliyyatından, yəni Nikolas Maduronun həbs edilərək ABŞ-yə gətirilməsindən sonra ölkənin faktiki idarəçiliyi Delsi Rodriges tərəfindən həyata keçirilirdi. Bu isə uzun müddətdir Venesuelada hakimiyyətə gəlməyə çalışan, demokratik dəyərlər vəd edən müxalif lider Mariya Maçadonun siyasi mövqeyinə uyğun deyildi. Bu proses isə tədricən həm de-fakto, həm də müəyyən mənada de-yure öz təsdiqini tapmağa doğru gedir. Venesuelanın idarə olunmasında aktiv iştirak edən ABŞ Prezidentinin belə bir hədiyyə ilə təltif olunması, yəni Mariya Maçadonun öz Nobel sülh mükafatını ona təqdim etməsi, gələcəkdə Venesuelada qurulacaq yeni siyasi sistemdə və hökumətdə ABŞ-nin, dolayısı ilə də Donald Trampın müəyyən formada təmsil olunmasına zəmin yarada bilər. Bu baxımdan Mariya Maçadonun atdığı bu addım əslində olduqca uğurlu siyasi gediş kimi qiymətləndirilə bilər".

Politoloq əlavə etdi ki, Tramp Qəzza zolağında aktiv hərbi münaqişənin dayandırılması və sülhün təmin edilməsi məqsədilə Sülh Şurasının formalaşdırılması prosesini həyata keçirir:

"Bu məqsədlə dünyanın müxtəlif ölkələrinin prezidentləri, eləcə də beynəlxalq nüfuza malik şəxslərlə intensiv əlaqələr qurulur. Eyni zamanda Donald Tramp Rusiya–Ukrayna müharibəsinin tənzimlənməsində də aktiv iştirak edir. Bütün bunlar onu göstərir ki, Donald Tramp Nobel Komitəsinin təsdiqlədiyi qaydalara əsasən hələ Nobel sülh mükafatını əldə etmədiyini yaxşı başa düşür və bu səbəbdən də sülh quruculuğu və münaqişələrin dayandırılması istiqamətində fəaliyyətini davam etdirir. Məsələnin digər tərəfi isə Qrenlandiya ilə bağlıdır. Bu məsələdə Donald Trampın mövqeyi kifayət qədər sərtdir. O, Qrenlandiyanın əldə olunması və ABŞ-nin idarəsi altına keçməsi üçün bütün mümkün vasitələrdən istifadə edə biləcəyini açıq şəkildə nümayiş etdirir. Bu istiqamətdə ciddi siyasi dialoqlar aparılır və Venesuela modelində olduğu kimi, illər və aylar öncədən həyata keçirilən müəyyən hərbi hazırlıqların mövcud olduğu da istisna edilmir. Yəni ehtimal etmək olar ki, bu istiqamətdə də mümkün qarşıdurmaların qarşısının alınması və risklərin minimuma endirilməsi üçün preventiv addımlar üzərində düşünülür".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Yanvar 2026 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see251

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see205

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see179

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see157

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see142

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri