Mariya Şarapova Beynəlxalq Tennis Şöhrət Zalına daxil edilib
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Dəbilqə turnirlərinin beşqat qalibi, rusiyalı Mariya Şarapova Beynəlxalq Tennis Şöhrət Zalına daxil edilib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, mərasim ABŞ-nin Rod-Aylend ştatının Nyuport şəhərində baş tutub.
Mərasim zamanı ABŞ-dən Mayk və Bob Brayan qardaşları da Şöhrət Zalına daxil ediliblər.
Şarapovanın 38 yaşı var. O, 2020-ci ildə karyerasını başa vurub. Rusiyalılar arasında daha əvvəl Marat Safin (2016) və Yevgeni Kafelnikov (2019) Şöhrət Zalına daxil edilib.
Beynəlxalq Tennis Şöhrət Zalı 1954-cü ildə yaradılıb.

Mariya Şarapova Beynəlxalq Tennis Şöhrət Zalına daxil edilib
24 Avqust 2025 15:28
Şöhrət Zalına layiq bilindi
09 Noyabr 2024 16:36
Adı Basketbol Şöhrət Zalına daxil ediləcək
07 Aprel 2025 20:50
Andrey Şevçenko İtaliya futbolunun Şöhrət Zalına daxil edilib
12 Noyabr 2024 14:03
Milanın üç əfsanəvi hücumçusu klubun Şöhrət Zalına daxil edilib
13 Dekabr 2024 18:46

