Icma.az
close
up
RU
Mariya Stadnik: Yəqin ki, karyeramda ən kədərli hadisə məhz budur

Mariya Stadnik: Yəqin ki, karyeramda ən kədərli hadisə məhz budur

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Bu günlərdə (iki gün əvvəl) əfsanəvi idmançı, Olimpiya Oyunlarında Azərbaycanın yeganə 5 qat iştirakçısı, 4 qat mükafatçısı, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunları və İslam Həmrəylik Oyunlarının 2 qat qalibi Mariya Stadnik karyerasını başa vurduğunu elan edib. O, Azərbaycan Güləş Federasiyasında qadın güləşi üzrə koordinator vəzifəsinə təyin olunub. Sport24.az xəbər verir ki, tanınmış idmançı AZƏRTAC-ın qonağı olub və idmansevərləri maraqlandıran sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Böyük idmanla rəsmən vidalaşdınız. Bu haqda ilk dəfə nə vaxt düşünmüsünüz?

- Parisdə keçirilmiş Olimpiya Oyunlarından sonra, bəlkə də daha əvvəl karyeramı başa vurmaq haqqında düşünməyə başladım. Mənim üçün sonuncu olan Olimpiadada iştirak etmək üçün lisenziya almışdım. Bu, mənim son şansım idi. İdmanla sakit vidalaşmaq üçün bütün şanslarımdan istifadə etmək istəyirdim. Dərk edirdim ki, idmanda əlimdən gələni etmişəm. Ona görə də Parisdəki Oyunlardan sonra fikirləşdim ki, artıq bitirmək və digər rolda güləş üçün fayda vermək vaxtıdır.

- İdmansevərlər düşünürdülər ki, siz karyeranızı bu il Səudiyyə Ərəbistanında keçiriləcək İslam Həmrəylik Oyunlarından sonra başa vuracaqsınız...

- Bəli, ola bilərdi. Lakin mənim də öz planlarım var idi.

- Siz dünya güləşinin əfsanələrindən biri hesab edilirsiniz. Azərbaycan bayrağı altında çıxış etməyi seçərkən, böyük nailiyyətlər qazanacağınızı düşünürdünüzmü?

- Həyatda həmişə maksimum nəticə əldə edəcəyimə inanmışam və ümid etmişəm. 17 il əvvəl mənə və potensialıma inanan Azərbaycanın dəstəyi ilə hazırda əldə etdiyim nəticələri birgə qazanmışıq.

- İstənilən idmançının arzusu Olimpiya çempionu olmaqdır. Olimpiadada sizi nəinki Azərbaycan və Ukrayna, digər ölkələrdə də dəstəklədilər. Yəqin ki, sonuncu addım daha çətin oldu?

- Düzünü desəm, mən başa düşürdüm ki, sonuncu Olimpiadada qızıl medal almaq çətin olacaq. Lakin son ana qədər ümidimi itirmədim və onu qazanmaq üçün əlimdən gələni etdim. Ancaq bu idmandır. Demək ki, qismət deyilmiş.

- İdman karyeranızda hansı anlar gözlərinizi yaşardıb?

- 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş Olimpiya Oyunlarındakı məğlubiyyət. Ancaq bu, yəqin ki, göz yaşı deyildi. Bu, döyüşün bitməsinə saniyələr qalmış qızıl medalı əldən verməyin şoku idi. Yəqin ki, karyeramda ən kədərli hadisə məhz budur. Ən sevincli an isə Bakıda keçirilmiş Avropa Oyunlarının finalı idi. Həmin vaxt bütün zal məni dəstəklədi və biz birlikdə qələbəni qeyd etdik.

- Siz bir çoxlarının kumirinə çevrilmisiniz. Bəs sizin üçün nümunə sayıla biləcək idmançı kimdir?

- Bilirsiniz, həyatda konkret kumirim olmayıb. Mən həmişə uğur qazanan insanları izləməyə, onlardan özüm üçün faydalı nümunələr götürməyə çalışmışam. Mənə və işimə yarayan nəticələri çıxarmışam. Yəni, konkret kimisə örnək götürdüyümü deyə bilmərəm.

- Yeni vəzifədə federasiya rəhbərliyi qarşınıza hansı hədəfləri qoyub?

- Karyeramı başa vurandan sonra güləş və ümumiyyətlə komanda üçün hansı rol və vəzifədə daha çox fayda verəcəyimi fikirləşirdik. Hazırda qadın güləşi üzrə koordinatoram. Yəni, növbəti Olimpiadaya qədər olan müddət ərzində məşqçilərin işinə, bütün proseslərin planlaşdırılmasına, daha dəqiq desəm, qarşıya qoyulmuş planın icrasına nəzarət edəcəyəm.

- Məşqçi olmaq barədə düşünmüsünüz?

- Xeyr, düşünməmişəm. Çünki, fikirləşirəm ki, nəsə etmək istəyirsənsə, bir işin qulpundan yapışmaq lazımdır. Zalda olsam, digər sahələrdə, məsələn, Azərbaycan qadın güləşinin inkişafına dəstək ola bilməyəcəyəm. Qərara aldım ki, federasiyada olmaq daha düzgün seçimdir. Bu halda qadın güləşinin inkişafı üçün çox iş görmək olar.

- Azərbaycanda qadın güləşinin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Perspektiv var. Bizim fiziki cəhətdən yaxşı hazırlıqlı qızlarımız var. Sadəcə, bir az istiqamət vermək tələb olunur. Məsələn, mənim məşq etdiyim metodikanı onlara öyrətmək lazımdır. Bundan başqa, psixoloji durum və öz gücünə inam lazımdır. Hesab edirəm ki, bəzi kiçik dəyişikliklər yaxşı nəticə verə bilər.

- Medal qazandığınız görüşlərdən sonra fəxri kürsüdə dayanarkən Azərbaycan himni səslənəndə hansı hisləri keçirirdiniz?

- Himn səslənəndə adam fəxr hissi keçirir. Çünki başa düşürsən ki, bütün dünya sənə baxır. Təmsil etdiyin ölkənin himni səslənir və bu an bütün Azərbaycan səni izləyir. İnsanlar nəinki mənimlə, öz ölkələri ilə də fəxr edirlər. Çünki bizim ölkə ən yüksək zirvədə qərarlaşa bilib.

- Son beş Olimpiadada iştirak etmisiniz. Ölkəmiz üçün hansını daha uğurlu hesab edirsiniz?

- Yəqin ki, London və Rio-de-Janeyroda keçirilmiş Olimpiadaları. Rioda çoxlu medal qazansaq da, Londondakı Olimpiadanı daha uğurlu hesab edirəm.

- İki övladınız var. Maraqlıdır, onları hansı istiqamətə yönəldəcəksiniz? Övladlarınız da sizin kimi idmançı olmaq istəyirlər?

- İlk növbədə, istəyirəm ki, övladlarım tərbiyəli insanlar olsunlar. İstədikləri idman növünü seçə bilərlər. Onlara bu məsələdə azad seçim hüququ verirəm. Yəni, nəyi xoşlayırlarsa, onunla da məşğul olsunlar. Lakin çalışıram ki, özümün də yaşadığım bəzi həyat prinsiplərini onlara aşılayım. Qızım balaca olanda mənimlə birgə məşqə gəlməyi xoşlayırdı. İndi isə yox. İndi onları heç cür zala gətirə bilmirəm. Oğlum boksla, qızım isə rəqslə məşğuldur. Hələlik güləş haqqında fikirləşmirlər. Səbəbini bilmirəm. Yəqin ki, analarının zalda çox vaxt keçirdiyinə görədir. İndi belə istəkləri yoxdur. Bəlkə gələcəkdə fikirləri dəyişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sport24.az
archiveBu xəbər 05 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri