Icma.az
close
up
RU
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 sentyabr, AZƏRTAC

NATO-nun Baş katibi Mark Rutte Alyansın Brüsseldəki mənzil-qərargahında Litvanın Baş naziri Mindauqas Sinkeviçius ilə keçirdiyi birgə mətbuat konfransında iki həftə əvvəl Litvanın Şaulyay şəhərində yerləşdirilən iki italyan “Eurofighter” döyüş təyyarəsinin ölkənin hava məkanını pozan PUA-nı vurduğunu xatırladıb. O deyib: “NATO müttəfiq ərazisinin hər qarışını bütün təhdidlərə qarşı müdafiə edir”.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Mark Rutte NATO-nun şərq cinahı boyunca hava məkanının təkrar pozulmasının “cari təhlükənin dəyişən mahiyyətini” ortaya qoyduğunu bildirib, Alyansın bütün hava təhdidlərinə qarşı üstün müdafiəni təmin edən çoxqatlı və 360 dərəcə yanaşma ilə inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərini gücləndirdiyini qeyd edib.

Ankara Zirvə toplantısında açıqlanan “Drone Edge” kimi təşəbbüslərlə PUA-lara qarşı tədbirlər görüldüyünü bildirən Rutte deyib: “Dəyəri aşağı olan təhdidlərə qarşı yüksəktexnologiyalı döyüş təyyarələrindən istifadə etməmək üçün daha ucuz qiymətə PUA əleyhinə müdafiə sistemlərini gücləndirəcəyik”.

Rutte bildirib ki, Rusiya NATO müttəfiqlərinə qarşı “ehtiyatsız” hərəkətlərini davam etdirir və Aİ-nin Ukraynaya dəstəyini dayandırmağa çalışır, amma Kiyevə dəstək davam edəcək.

NATO-nun Baş katibi vurğulayıb ki, Alyans hibrid təhlükələrə qarşı mübarizə aparmaq üçün lazım olan bütün müdaxilə variantlarına malikdir.

Sinkeviçius isə Rutte ilə NATO-nun çəkindirmə, müdafiə, şərq cinahında hazırlıq və Ukraynaya dəstək mövzusunda əla görüş keçirdiyini bildirib. O, Avropada təhlükəsizlik vəziyyətinin çətin və gərgin olaraq qaldığına diqqət çəkib.

Baş nazir bəyan edib ki, 2027-ci ilin sonuna qədər Litvada alman briqadasının yerləşdirilməsi üçün hazırlıqlar planlaşdırıldığı kimi davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri