Icma.az
close
up
RU
Mark Zukerberq xanımı ilə ilk dəfə Met Gala da göründü FOTO

Mark Zukerberq xanımı ilə ilk dəfə Met Gala da göründü FOTO

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Meta şirkətinin qurucusu Mark Zukerberq həyat yoldaşı Prissilla Çanla birlikdə ilk dəfə Met Gala 2026 mərasiminə qatılıb.
Bizim.Media xəbər verir ki, cütlüyün debütü dünyanın ən qapalı və ən çox müzakirə olunan kübar tədbirlərindən birində baş tutub.
41 yaşlı milyarder mərasim üçün klassik qara smokinq seçib. Onun xanımı Prissilla Çan isə uzunqol zərif qırmızı libasda və geyiminə uyğun parlaq dodaq boyası ilə diqqət çəkib.
Cütlüyün tədbirdə görünməsi kifayət qədər sakit keçib. Zukerberq və Çan qırmızı xalçadan birlikdə keçməyiblər və muzeyə daha sakit, alternativ girişdən daxil olmağa üstünlük veriblər.
Onların gəlişi tədbirin girişində yaşanan insidentlə eyni vaxta təsadüf edib. Belə ki, Amazon və Ceff Bezos əleyhinə çıxış edən bir qrup etirazçı baryerlər yaxınlığında asayişi pozub. Bu isə qısa müddətli qarışıqlığa və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.
Bu fonda təşkilatçılar və qonaqlar ictimai diqqətdən mümkün qədər yayınmağa çalışıblar. Bəzi məşhurlar muzeyə alternativ marşrutlarla daxil olublar.
Met Gala ənənəvi olaraq moda, mədəniyyət, biznes və media elitasını bir araya gətirir. 2026-cı ildə tədbirdə iştirak haqqı da onun statusunu bir daha göstərir: fərdi biletin qiyməti 100 min dollar, masa üçün ödəniş isə 350 min dollar təşkil edir.
Bu il gecənin iştirakçıları və sponsorları arasında Meta, OpenAI və Snapchat kimi texnologiya şirkətləri də yer alıb. Bu isə texnologiya dünyası ilə moda sənayesi arasında əlaqələrin getdikcə gücləndiyini göstərir.
Tədbirin əsas sponsorları və fəxri kuratorları arasında Ceff Bezos və Loren Sançesin olması isə etirazlar fonunda əlavə diqqət çəkib.
Mark Zukerberqin Met Gala debütü səs-küylü moda bəyanatı olmasa da, simvolik hadisə kimi qiymətləndirilib. Onun iştirakı texnologiya elitasının moda məkanında daha fəal görünməyə başladığını göstərir.


Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 May 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri