Mark Zukerberqin süni intellekt planı: Meta da kütləvi ixtisarlar gözlənilir
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
ABŞ-nin "Meta" korporasiyası inkişaf istiqamətini süni intellekt texnologiyalarına dəyişməsi səbəbindən personalın ixtisarı məsələsini nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Mənbələrin sözlərinə görə, şirkət əməkdaşlarının 20 faizdən çoxunu işdən azad edə bilər, lakin bu prosesin dəqiq vaxtı və tam miqyası hələlik müəyyənləşməyib.
Bu proses həyata keçirilərsə, 2022 və 2023-cü illərdə 21 min nəfərin işini itirdiyi kütləvi ixtisarlardan sonra şirkət tarixindəki ən böyük işdənçıxarma dalğası olacaq. Qeyd edək ki, 2025-ci ilin dekabr ayı üçün "Meta"nın işçi qüvvəsi təqribən 79 min nəfər təşkil edib.
Şirkətin baş direktoru Mark Zukerberq süni intellekt sektorunda rəqabət mövqeyini artırmaq üçün fəal şəkildə yeni startaplar və mütəxəssislər cəlb edir. Həmçinin "Meta" rəhbərliyi 2028-ci ilədək öz məlumat mərkəzlərinin inkişafına 600 milyard dollar həcmində investisiya yönəltməyi hədəfləyir.
Məlumatda, həmçinin qeyd olunur ki, analoji ixtisar prosesləri Amerikanın digər aparıcı texnologiya şirkətlərində də müşahidə olunur. Misal üçün "Amazon" şirkəti bu ilin yanvar ayında personalının 10%-ni, başqa sözlə 16 min əməkdaşını işdən azad edəcəyini bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















