Marka yoxsa sağlamlıq? Üç min manata satılır, amma həkimlər tövsiyə etmir
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Göz sağlamlığının qorunması və görmənin normallaşdırılması üçün optik eynəklər ən effektiv vasitələrdən biri sayılır. Adətən bu məhsullar digər gündəlik aksessuarlardan nisbətən baha qiymətə satılır. Lakin bazarda qiyməti 2000-3000 manat arasında dəyişən optik eynəklərə də rast gəlinir ki, bu da istehlakçılarda haqlı suallar yaradır. Bu cür yüksək qiymətli eynəklər adi modellərdən nə ilə fərqlənir? Onların bu qədər baha olmasının səbəbi nədir?
Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabaha”a danışan oftalmoloq Paşa Qəlbinur yüksək qiymət hər zaman əla keyfiyyət demək deyil:
“Həmin qiymət aralığında olan optik eynəklərlə indiyədək qarşılaşmamışam. Bu səbəbdən onların real təsiri və effektivliyi barədə konkret fikir bildirməyim çətindir. Ümumiyyətlə isə nəzərə almaq lazımdır ki, bazarda hər bir satıcı optik eynəkləri istənilən qiymətə təklif edə bilər və yüksək qiymət hər zaman yüksək keyfiyyət demək deyil”.
Həkim optik eynək almaq istəyənlərə belə tövsiyə verib:
“Həddindən artıq baha qiymətə optik eynək almağa tələsməsinlər. Eyni funksiyanı yerinə yetirən, dəfərlər ucuz və keyfiyyət baxımından qənaətbəxş olan optik eynəklər şəhərin demək olar ki, bütün apteklərində mövcuddur. Seçim edərkən əsas diqqət qiymətə deyil, eynəyin tibbi göstəricilərə uyğunluğuna və həkim məsləhətinə yetirilməlidir”.
Qeyd edək ki, premium eynəklər çox vaxt fərdi ölçülərə uyğun hazırlanır. Pupil məsafəsi, üz quruluşu və gündəlik istifadə vərdişləri nəzərə alınaraq seçilən bu modellər standart eynəklərlə müqayisədə daha komfortlu olur. Ancaq qiymət fərqində marka amili də mühüm rol oynayır. Tanınmış dünya brendləri dizayn, imic və moda elementi baxımından eynəyi təkcə tibbi vasitə deyil, eyni zamanda aksesuar kimi təqdim edir. Bu isə məhsulun bazar dəyərini artırır. Lakin mütəxəssislər qeyd edirlər ki, hər bahalı eynək mütləq şəkildə digərlərindən qat-qat üstün demək deyil. Orta qiymət seqmentində də keyfiyyətli material və düzgün optik göstəricilərə malik modellər mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















