Icma.az
close
up
RU
Marketdə qaydalara uyğun saxlanmayan qidalar Sağlamlıq üçün təhlükə

Marketdə qaydalara uyğun saxlanmayan qidalar Sağlamlıq üçün təhlükə

News24 saytına istinadən Icma.az xəbər verir.

Böyük marketlərdə bir çox məhsulların öz temperaturuna uyğun vitrinlərdə yığıldığını görürük. Lakin kiçik, əsasən də məhəllə marketlərində vəziyyət bir qədər fərqlidir. Belə ki, bəzi qida məhsulları var ki, onların özlərinə uyğun şəraitdə saxlanılması vacibdir. Amma kiçik marketlərdə bunu görə bilmirik.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, bəzi  məhsullar xüsusi yüksək risk qrupuna aid olur: “Ət və ət məhsulları, süd və süd məhsulları, zülal tərkibli qidalar  və sairlərin saxlanmasında temperatur əhəmiyyətli rol oynayır. Əgər düzgün saxlanılma şərtlərinə əməl olunmasa, həmin qidaların tərkibində ciddi dəyişiklik baş verir. Bunlar da zəhərlənməyə səbəb olmaqla yanaşı, bir çox sağlamlıq problemlərinə gətirib çıxarır. Xüsusilə bu hallar marketlərdə satılan məhsullarda da özünü göstərir və bu adətən kiçik məhəllə marketlərində daha çox olur”.

Düzgün saxlanılmayan qida bakteriya yuvasına dönür

Mütəxəssis bildirdi ki, qida məhsullarının qeyri-qida məhsulları ilə birlikdə saxlanılması da bəzən problem yarada bilir: "Xüsusilə də yuyucu tozlarını (bəzən daha çox qatqı maddəsi olan zərərli kimyəvi maddələrdən istifadə edilir) qidalarla yanaşı saxladıqda, həmin maddələr qidanın tərkibinə də nüfuz edə bilir. Belə olduğu halda qidanın tərkibi dəyişir, keyfiyyəti aşağı düşür və sağlamlığa zərər vurur. Eyni zamanda düzgün şəkildə saxlanılmayan qidaların tərkibində bakteriyalar daha sürətlə artır. Əsasən heyvan mənşəli qidalarda mikrobların sürətlə çoxalması baş verir ki bu da qidanın xarab olmasına və istifadə edildikdə orqanizmə ciddi ziyan vurmasına, zəhərlənməyə səbəb ola bilir".

"Bəzən elə olur ki, elektrik enerjisinə qənaət etmək məqsədilə soyuducuları müəyyən bir vaxtda elektrikdən ayırırlar. Bu zaman məhsul temperatur dəyişikliyinə məruz qalır və həmin qidanın tərkibi pozulmağa başlayır və daha sonra dondurulduqda alıcılar bundan xəbər tutmur. İstifadə etdikdə isə artıq öz zərərlərini göstərir. Yanlış saxlanılma ət məhsullarında salmonella kimi zərərli və digər bakteriyaların yaranmasına səbəb olur" - deyə mütəxəssis bildirdi.

Mal qonşuluğu prinsipi qorunmalıdır

Qida mütəxəssisi düşünür ki, qidalarda mal qonşuluğu prinsipi qorunmadıqda bir çox fəsadlar ortaya çıxa bilər: “Mal qonşuluğu prinsipi pozulan qidalar - çiy məhsullar, açıq kəsilmiş ətlər və.s bu kimi məshulların birlikdə saxlanılması hər iki məhsulun keyfiyyətinin pozulmasına, xarab olmasına gətirib çıxarır. Xüsusilə paketlənmiş qablaşdırılmış məhsullar üzərlərində son istifadə müddəti göstərilsə də, düzgün şəkildə saxlanılmırsa, bu məhsullar son istifadə müddəti bitməmiş keyfiyyəti aşağı düşür və məhsulları almaq  təhlükəli hesab olunur. Yaxşı olar ki, bütün məhsulları alarkən güvənli markaya sahib olan məhsulu almaqla yanaşı, həm də satış yerində həmin məhsulun özünə uyğun şəkildə saxlanıldığına diqqət edək.  /valyuta.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Fevral 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri