Icma.az
close
up
RU
Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? Vəkil AÇIQLADI

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? Vəkil AÇIQLADI

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İstehlakçıları aldadan reklamlar və aldadıcı qiymət endirimlərini hər yerdə görə bilərik.

Bəs bununla necə mübarizə aparmaq olar? 

Mövzu ilə bağlı Milli.Az-a vəkil Bəhruz Orucov açıqlama verərək bildirib ki, bunun üçün istehlakçılar ilk növbədə öz hüquqlarının bilməlidirlər:

"Eyni zamanda istehlakçılar aldadılma üsulları barədə məlumatlı olmalıdırlar. İstehlakçılar nə qədər maariflənsələr, bir o qədər də onların hüquqları az pozular. Bu aldadıcı və istehlakçıların hüquqlarını pozan bir neçə üsullar barədə danışaq və vətəndaşlarımız da məlumatlı olsunlar. Qeyd edim ki, bu aldatma üsulları beynəlxalq təcrübədə çox istifadə olunur və Azərbaycanda da bu üsullara hər yerdə rast gəlmək olur. Ən geniş yayılmış aldatma üsullarından biri icazəsiz etibarlılıq və ya keyfiyyət nişanının göstərilməsidir. Saxta İSO sertifikatı, halal və orqanik nişanı, Çin istehsalı məhsulda Avropa istehsalının qeyd edilməsi, saxta EcoTex certified nişanı kimi nümunələr buna bariz misaldır. Hətta yaxınlarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən belə hallar aşkar olunmuşdur. Belə ki, agentliyin məlumatında qeyd olunmuşdur ki, məişət avadanlıqlarının satışı ilə məşğul olan şirkətlər istehlakçıları aldadan və çaşdıran reklamlara yol verdikləri üçün araşdırma başlanmışdır. Belə ki, bu şirkətlər avadanlıqların istehsal mənşəyinə dair məlumatları yalan reklam etmiş və istehlakçıları aldatmışlar".

Vəkil qeyd edib ki, digər aldatma üsullarından biri də Tələ reklamıdır. Buna ölkəmizdə mütəmadi olaraq rast gəlirik. Görürük ki, mağaza bütün qış geyimlərinə 70% endirim reklamı edir, lakin istehlakçı mağazaya gedir və görür ki, yalnız bir iki köhnə model endirimdədir. Deməli yalan reklam etməklə müştəriləri mağazaya cəlb edirlər. Digər bir misal kimi göstərmək olar ki, onlayn mağaza elan yerləşdirir: Telefon cəmi 599 AZN, müştəri sayta daxil olur, amma sistem göstərir ki, məhsul tükənib və ya yalnız müəyyən şərtlərlə əldə edilə bilər, məsələn, kreditlə daha baha qiymətə, Burada 599 AZN-lik reklam "tələ"dir,yəni müştərini sayta cəlb edən tələ:

"Başqa bir üsul Tələ və digər məhsula yönəltmədir. Misal üçün Bir elektronika mağazası televizor üçün belə reklam verir: 55 düymlük TV cəmi 499 AZN! Yalnız bu həftə!, İstehlakçı mağazaya gedir, lakin satıcı deyir: O model artıq satılıb, amma eyni keyfiyyətdə olan başqa model var, qiyməti 899 AZN. Burada məqsəd 499 AZN-lik təkliflə müştərini cəlb etmək, amma əslində daha baha məhsulu satmaqdır. Sonra qarşımıza reklamlar çıxır ki, məhsul yalnız çox məhdud müddət üçün mövcuddur. Əslində həmin məhsuldan çoxdur. Yalnız istehlakçını çaşdırmaq üçün belə edilir. İstehlakçı fikirləşir ki, məhsuldan azdır və qərar verir ki, tez gedib alsın. Misallar həddindən artıq çoxdur. Lakin digər bir nümunə kimi istehlakçı hüquqlarını təklifin bir xüsusiyyəti kimi təqdim etmə üsulunu göstərmək olar. Görürük ki, geyim mağazası reklam edir və aldığınız məhsulu 14 gün ərzində geri qaytara bilərsiniz! Yalnız bizdə belə rahatlıq!Halbuki, istehlakçının 14 gün ərzində səbəb göstərmədən geri qaytarmaq hüququ (onlayn və ya pərakəndə satışda) qanunla təmin olunub.

Bəzi mağazalar məhsulu "pulsuz" və ya "hədiyyə" kimi təqdim edir, qeyd edir ki, siz qalib oldunuz və məhsulu gəlib mağazadan götürə bilərsiz, gedirsiz mağazaya orada sizə bu hədiyyəni götürmək üçün qaçılmaz xərcləri ödəməyi təklif edirlər.  

İstehlakçıların hüquqlarının ən çox pozulduğu yerlərdən biri də ərzaq satışı təşkil edən şəbəkə marketləridir. Belə ki, yaxınlarda mənə bir məhsulla bağlı bir şəkil göndərdilər. Şəkildən aydın görünür ki, məhsulun 2 qiyməti göstərilib, biri köhnə və biri təzə, köhnə qiymətin üstündən xətt çəkilib. Amma araşdırırsan ki, köhnə qiymət şişirdilmiş bir qiymətdir, yeni təklif olunan qiymət isə məhsulun həqiqi olan qiymətidir. İstehlakçılar bilməlidilər ki, onların hüquqları qanunla qorunur. İstehlakçıların hüquqlarını qoruyan qanunvericilik aktlarına görə, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam yolverilməzdir. Vətəndaşlar istehlakçıların hüquqlarını pozan hərəkətlərlə qarşılaşmışlarsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 195-1-4 qaynar xəttinə və hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət edə bilərlər".

Aysel Əkbər
Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Noyabr 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri