Icma.az
close
up
RU
Marketlərdə satılan toyuqlara öldürücü dərman qatılır? ŞOK AÇIQLAMA KONKRET

Marketlərdə satılan toyuqlara öldürücü dərman qatılır? ŞOK AÇIQLAMA KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə yayılan bir video broyler toyuqlarının tərkibi ilə bağlı narahatlıq yaradıb. Videoda, çəki artırmaq məqsədilə toyuqlara vurulan dərmanların mövcud olduğu iddia edilir. Bu qatqıların insan sağlamlığına təsiri isə sual doğurur.

KONKRET.az xəbər verir ki, həkim, professor Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında sözügedən məhsulun tərkibindəki qatqıların insan orqanizminə təsirindən danışıb:

“Broyler toyuqları genetik modifikasiyaya məruz qalmış (GMO) ərzaq məhsullarının bir qrupudur. Onlara xüsusi hazırlanmış yemlər verilir ki, bu yemlərin tərkibində hormonal maddələr olur. Bu maddələr toyuğun sürətlə böyüməsini və çəkisinin artmasını təmin edir. Əslində, toyuq belə qısa müddətdə təbii yolla yetişə bilməz. Süni vasitələrlə, müxtəlif dərmanlar və əlavələrlə broyler toyuqları yetişdirilir. Hətta bu məhsullara antibiotiklər də vurulur ki, onları müxtəlif xəstəliklərdən qorumaq mümkün olsun”.

Həkim qeyd edib ki, bu cür dərman və maddələrin insan sağlamlığına ciddi zərər vurduğu dəfələrlə araşdırmalarda qeyd edilib:

“Təəssüflə qeyd etmək lazımdır ki, bu haqda edilən çağırışlara baxmayaraq, hətta kənd yerlərində də broyler toyuqları geniş şəkildə istehlak edilir. İnsanlar iri çəkisi və görünüşü daha cəlbedici olduğu üçün təbii toyuqlara nisbətən broyler toyuqlarına üstünlük verirlər. Məhz bu seçim sağlamlıq problemlərinin əsas səbəblərindən birinə çevrilir.

Azərbaycan əhalisinin qida təminatında yardımçı təsərrüfatlardan daha çox istifadə olunmalıdır. Xüsusilə rayon ərazilərində yaşayan insanlara şərait yaratmaq lazımdır ki, onlar təbii kənd təsərrüfatı məhsullarını özləri yetişdirib satışa çıxara bilsinlər. Bu həm təmiz məhsul istehsalı, həm də sağlam əhali üçün vacibdir. Sovet dövründə belə şərait mövcud idi, lakin indi bu imkanlar demək olar ki, tamamilə itirilib.

Bu məsələ mütləq şəkildə həllini tapmalıdır. Təəssüf ki, həmin problem yalnız Azərbaycana aid deyil. Dünyanın bir çox ölkələrində də broyler toyuqları geniş şəkildə istifadə olunur və sağlam qida problemi qlobal miqyasda böyük bir məsələ kimi gündəmdədir”.

Onu da qeyd edək ki, Genetik modifikasiyaya məruz qalmış qidalar (GMQ) orqanizmin DNT-sinin dəyişdirilməsi ilə əldə edilən məhsullardır. Bu proses bitkilərin və ya heyvanların müəyyən xüsusiyyətlərini yaxşılaşdırmaq üçün aparılır, məsələn, məhsuldarlığı artırmaq, zərərvericilərə qarşı davamlılıq yaratmaq və ya qida keyfiyyətini artırmaq və s. Genetik modifikasiyaya məruz qalmış qidaların (GMQ) mümkün zərərləri haqqında bir çox mübahisələr mövcuddur. Elmi araşdırmalar bəzi potensial riskləri ortaya çıxarsa da, bunların bir çoxu hələ də qəti şəkildə təsdiqlənməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Yanvar 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri