Marketlərdə yumurta kəskin bahalaşıb Başqa ölkələrə daha ucuz satılır
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Bu ilin ilk 9 ayı ərzində Azərbaycandan xaricə ümumi dəyəri 6 milyon 395,3 min dollar olan 89 milyon 365 min ədəd yumurta ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yumurta ixracı 5 ölkəyə – ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qambiya və Syerra-Leoneyə olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 7,15 sent (təxminən 12,1 qəpik) olub.
Qeyd edək ki, bu ilin ilk 9 ayında yumurta Azərbaycandan xarici ölkələrə aşağıdakı qiymətlərlə ixrac edilib:
Birləşmiş Ərəb Əmirlikləri – 53 milyon 815 min ədəd (10,8 qəpik);
ABŞ – 33 milyon 499 min ədəd (bir ədədin orta gömrük dəyəri 14,4 qəpik);
Qambiya – 898,6 min ədəd (10,4 qəpik);
İraq – 360 min ədəd (9,9 qəpik);
Syerra-Leone – 792 min ədəd (10,9 qəpik).
Onu da bildirək ki, bu ilin oktyabr ayında Azərbaycanda yumurtanın pərakəndə satış qiyməti 18,2 qəpik olub. Yanvar ayı ilə müqayisədə yumurtanın qiyməti 2,3 qəpik və ya 14,5% bahalaşıb. Belə ki, bu ilin yanvar ayında marketlərdə bir ədəd yumurtanın orta satış qiyməti 15,9 qəpik olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Marketlərdə qəhvəyi yumurta satılmayacaq
02 May 2025 10:43
Marketlərdə toyuq və yumurta TAPILMIR
21 Oktyabr 2025 14:49
Marqarin idxalı kəskin artıb Marketlərdə 2,6 dəfə baha satılır
16 İyul 2025 17:38
Marketlərdə bu məhsul kəskin bahalaşdı SƏBƏB
09 Yanvar 2025 18:50
Marketlərdə bu məhsul kəskin bahalaşdı Səbəb
06 Fevral 2025 13:02
Baxış sayı:32
Bu xəbər 20 Noyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















