Marko Asensio İngiltərə Premyer Liqasında oynayacaq
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
PSJ-nin 29 yaşlı vingeri Marko Asensio Fransa klubundan İngiltərənin "Aston Villa" komandasına keçir.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, PSJ və "Aston Villa" 6 aylıq icarə ilə bağlı tam razılığa gəliblər. Qeyd olunur ki, ispaniyalı futbolçu tibbi müayinədən keçmək üçün bu gün, fevralın 2-də İngiltərəyə uçacaq.
Xatırdaq ki, Asensio PSJ ilə 2023-cü ilin yayında müqavilə imzalayıb. Bu mövsüm hücumçu bütün turnirlərdə 16 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Baxış sayı:106
Bu xəbər 02 Fevral 2025 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















