Icma.az
close
up
RU
Marko Rubio ABŞ nin Kuba prezidentini devirmək istədiyi barədə iddialara aydınlıq gətirdi

Marko Rubio ABŞ nin Kuba prezidentini devirmək istədiyi barədə iddialara aydınlıq gətirdi

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin dövlət katibi Marko Rubio "The New York Times" qəzetinin Vaşinqton Administrasiyasının Migel Dias-Kanelin Kuba prezidenti vəzifəsindən getməsinə nail olmağa çalışdığını iddia edən məqaləsini uydurma adlandırıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı dövlət katibi sosial şəbəkə hesabında paylaşım edib.

"Bu qədər çox KİV-in belə uydurma xəbərləri dərc etməsinin səbəbi onların hələ də mənbə kimi məlumatlı olduqlarını iddia edən yalançılara etibar etməsidir", - deyə Rubio bildirib.

Qeyd olunan materialda mənbələrə istinadən Vaşinqton Administrasiyasının Kuba hakimiyyəti ilə danışıqlarda Dias-Kanelin istefası zərurətini qaldırdığı iddia edilir. Nəşrin versiyasına görə, Vaşinqton hesab edir ki, bu, ölkə iqtisadiyyatında struktur dəyişiklikləri aparmağa və orada ABŞ biznesi üçün imkanları genişləndirməyə şərait yarada bilər.

ABŞ Prezidenti Donald Tramp isə martın 17-də Vaşinqtonun yaxın zamanda Kubaya münasibətdə tədbirlər görməyi planlaşdırdığını bəyan edib, lakin təfərrüatı açıqlamayıb.

Dias-Kanel martın 13-də bildirib ki, Havana və Vaşinqton "ikitərəfli fikir ayrılıqları üzrə dialoqla həll yollarının axtarışına yönəlmiş" danışıqlar aparıblar.

Dövlət başçısı qeyd edib ki, dialoqun məqsədləri həllini gözləyən problemlərin müəyyənləşdirilməsi və hər iki ölkə xalqlarının xeyrinə konkret addımlar atmağa hazırlıqla bağlı olub.

Dias-Kanelin fikrincə, Kuba bu prosesi hər iki ölkənin siyasi sistemlərinə bərabərlik və hörmət əsasında, eləcə də Havana hökumətinin suverenliyi və öz müqəddəratını təyin etməsi əsasında həyata keçirməyə hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Mart 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri