Marko Rubio: Fransa, Almaniya və Böyük Britaniya Ukraynada sülhə kömək edə bilər
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 18 aprel, AZƏRTAC
Fransa, Almaniya və Böyük Britaniya Ukrayna münaqişəsinin nizamlanması məsələsinə yardım edə bilər.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bunu Parisdə Fransa və Böyük Britaniyanın hakimiyyət orqanları ilə apardığı danışıqlardan sonra jurnalistlərə deyib.
“Danışıqlar çox faydalı və konstruktiv məcrada keçib. Fransa, Böyük Britaniya və Almaniya bizim razılığa gəlməyimizə kömək edə bilər”, - deyə Marko Rubio bildirib.
ABŞ Dövlət katibinin sözlərinə görə, Ağ ev nizamlanma məsələsində London və Parislə daim təmasdadır: “Biz onların töhfələrini və bu məsələdə iştirak etmələrini alqışlayır və bunun vacib iş olduğuna inanırıq”.
Aprelin 17-də Fransa Prezidenti Emmanuel Makron Parisdə Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff ilə görüşüb. Yelisey sarayının məlumatına görə, “konstruktiv danışıqlar” Ukraynadakı münaqişənin həlli məsələsində “mövqelərin yaxınlaşmasına” kömək edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 18 Aprel 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















