Marko Yankoviç: “Uğurlu nəticəyə ümid edirik”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ”ın futbolçusu Marko Yankoviç “Liverpul”la matçda uğurlu nəticəyə ümid edir.
İdman.Biz bildirir ki, bunu yarımmüdafiəçi özü UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda “Liverpul”a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
O, qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib.
“Baş məşqçimizin dediyi kimi, biz dünyanın ən gözəl stadionlarından birində və güclü komandaya qarşı oynayacağıq. Bu, bizim üçün bir şərəfdir və burada olduğumuza görə xoşbəxtik. Sabah isə yaxşı bir oyun göstərməyi ümid edirik. Təbii ki, qarşı tərəfə hörmətimiz var. Onlar evdə çıxış edirlər, biz isə qonağıq. Sabahkı matçda uğurlu nəticəyə ümid edirik”, - Yankoviç qeyd edib.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 27 Yanvar 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















