Icma.az
close
up
RU
Markus Reşford “Sabah”la oyunu buraxa bilər

Markus Reşford “Sabah”la oyunu buraxa bilər

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 7 sentyabr, AZƏRTAC

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşfordun UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun “Sabah”la oyununda iştirakı sual altına düşüb.

AZƏRTAC İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı hücumçunun Premyer Liqanın III turunda “Everton”la matç zamanı zədələnməsidir.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Maykl Kerrik 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra Reşfordun əvəzlənməsinin məhz fiziki vəziyyəti ilə əlaqədar olduğunu bildirib: “Bəli, o, özündə müəyyən narahatlıq hiss etdi. Həmin ana kimi meydanda çox yaxşı təsir bağışladı. Həftə ərzində də dediyim kimi, qayıtdıqdan sonra çox yaxşı çıxış edir. “Everton”la matçda da onun çox sürətli və təhlükəli olduğunu gördük. Düzdür, son anda istədiyi epizodlar tam olaraq alınmadı, amma buna baxmayaraq, çox yaxşı imkanlar əldə etdi və bütün oyun ərzində rəqibə təhlükə yaşatdı”.

Reşford “Everton”la görüşün 70-ci dəqiqəsində Patrik Dorqu ilə əvəzlənib. Futbolçunun oyunu davam etdirə bilməməsi komandanın məşqçilər korpusunda narahatlıq yaradıb.

Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri