Icma.az
close
up
RU
Marmuş peşəkar futbolçu olmaya bilərdi İdman və Biz

Marmuş peşəkar futbolçu olmaya bilərdi İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Bu gün "Mançester Yunayted"ə keçən misirli Omar Marmuş peşəkar futbolçu olmaya bilərdi.

İdman.biz xəbər verir ki, o, Afrikada doğulsa da, yoxsul ailədən deyil.

Marmuşun atası kifayət qədər uğurlu mühəndis olub: valideynləri altı il Kanadada işləyib və o ölkənin vətəndaşlığını alıblar.

Ata Marmuş üçün ən vacib şey oğluna yaxşı təhsil vermək olub. Amma Omar tez-tez məktəbdə dərsləri buraxırdı, nəticədə qiymətlərlə bağlı problem yaşamağa başlayanda atası ona futbol oynamağı qadağan edib.

Məyus olan Omar atasının onun arzusunu məhv edəcəyindən qorxurdu. Ancaq gənc futbolçunun oynadığı "Vadi Deqla" klubunun gənclərin inkişafı üzrə direktoru vəziyyətdən xəbər tutur. Omarın potensialını görən Əbu Qreyşa özü Marmuşgilin evinə gəlir və oğlunun dərslərinə şəxsən nəzarət edəcəyi ilə bağlı ata ilə razılaşır. Klub açıq şəkildə bildirir ki, oğul Marmuş yaxşı oxumasa, o zaman futbolu unuda bilər. Qreyşa futbolun yeniyetmənin məktəbdə oxumasına mane olmayacağına söz verəndən sonra atası onun idmana qayıtmasına icazə verir.

Təhsil aldığı üçün Marmuş bəzən məşqlərdən yayınmalı olur, lakin Əbu Qreyşa dərsdən sonra Omarla işləyəcək şəxsi məşqçi ayırır. Həm dərslərdəki göstəricilərini, həm də atası ilə münasibətlərini yaxşılaşdırır. Bir neçə il sonra Qahirədə Amerika Beynəlxalq Məktəbini bitirir.

Futbolda da uğurları olur. 17 yaşında Marmuş "Vadi Deqla"nın əvəzedici komandasında 28 oyunda 44 qol vurur və keçmiş "Lion"lu və "Çelsi"li Floran Maludanın oynadığı əsas komandaya yüksəlir. Fransalı futbolçu da gənc futbolçunun istedadını görür və ona çox dəyərli məsləhətlər verir.

Maludanı dinləyən Marmuş "Vadi Deqla" ilə peşəkar müqavilə imzalamır, çünki bu, onun Avropaya getməsini çətinləşdirə bilərdi. Cəld tərpənən "Volfsburq" misirlini gənclər komandasına götürür.

"Volfsburq"da o qədər də uğur qazanmayan Marmuş icarə əsasında "Sankt-Pauli" və "Ştutqart"da da çıxış edir. “Ayntraxt”a keçidi isə uğurlu olur və Frankfurtda elə çıxış edir ki, hətta Qvardiolanın özü onu komandasında görmək istəyir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Yanvar 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri