Marneulidə gənc rəssamların “Ağ və qaranın harmoniyası” adlı sərgisi açılıb
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanın Marneuli şəhərindəki “Tea House”da (Çay Evi) gənc rəssamların “Ağ və qaranın harmoniyası” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə “Çay Evi”nin rəsm kursunun tələbələrinin kətan üzərində kömür və sadə qələmlə çəkilmiş 40-dan çox əsəri nümayiş etdirilib.
Eyni zamanda, açıq havada sərbəst mövzuda müxtəlif rəsmlər çəkilib.
“Tea House”nin rəhbəri Emin Əhmədov bildirib ki, sərginin məqsədi regionda incəsənətin inkişafına, yeniyetmə və gənclərin bu sənətə və ümumiyyətlə incəsənətə marağının artırılmasıdır.
Onun sözlərinə görə, “Tea House”da kompüter texnologiyaları, rəssamlıq, şahmat və digər sahələr üzrə təhsil alan tələbələrin sayı günbəgün artır. Bu da ümumilikdə onların elmə marağının artmasına, mədəniyyətimizin təbliğinə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradır.
Qeyd edək ki, “Tea House”da gənclərin inkişafı üçün nəzərdə tutulan bu layihə 2012-ci ildən həyata keçirilir və SOCAR tərəfindən maliyyələşir. Bu günə qədər layihədən 12 mindən çox tələbə, yeniyetmə və gənc faydalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 01 Dekabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















