Marqarita Stepanenko “Makkabi Aşdod”la vidalaşıb
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko İsrail çempionu "Makkabi Aşdod" klubu ilə vidalaşıb.
İdman.biz xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Voleybolçu İsraildə keçirdiyi cari mövsümlə bağlı təəssüratlarını da bölüşüb: “Möhtəşəm mövsüm üçün təşəkkür edirəm, “Makkabi Aşdod”. Bu, xoş bir macəra idi”.
Stepanenko artıq Bakıya gəlib. O, İsrail çempionatının “Hapoel Kfar Saba” ilə final oyununda ayağından aldığı zədə ilə bağlı müvəqqəti müayinədən keçəcək.
Marqarita böyük ehtimalla mayın sonunda başlayacaq Qızıl Avropa Liqasında iştirak etməyəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Avropa çempionu Marqarita Stepanenko UNEC komandasında!
19 Avqust 2025 11:22
Marqarita Stepanenko: Səkkiz ildən sonra yenidən Azərbaycan voleyboluna qayıdıram MÜSAHİBƏ
14 Avqust 2025 16:12
“Makkabi”nin “Ayaks”la görüşündən sonra israilli azarkeşlər bıçaqlanıb
08 Noyabr 2024 10:52
“Madlen” gəmisi İsrailin Aşdod limanına aparılıb
10 İyun 2025 12:26
“Gizli həyat tərzi”: Yelena Stepanenko haradadır?..
12 Aprel 2025 21:46
Baxış sayı:130
Bu xəbər 05 May 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















