Icma.az
close
up
RU
“Marqo” və Solovyov: təbliğatda “tullantı” motivi

“Marqo” və Solovyov: təbliğatda “tullantı” motivi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Rusiya sərsəm zehniyyətin ümidinəmi qalıb?

Deyəsən, bu xəmir hələ çox su aparacaq. Söhbət Azərbaycan dövləti tərəfindən üç rusiyalının - “Moskva 24” telekanalının aparıcısı İvan Knyazevin, siyasi şərhçi, şəxsi “YouTube” kanalı müəllifi Semyon Uralovun və Rusiyanın nəqliyyat nazirinin artıq sabiq olan müşaviri Aleksey Çadayevin beynəlxalq axtarışa verilməsindən gedir. Daha doğrusu, hazırda əsas məsələ ölkəmizin Baş Prokurorluğunun buna dair qərarına Rusiyadakı reaksiyalardır. O reaksiyalar ki, hər ötən gün daha çox azğınlıq qazanır. Əlbəttə, buna təəssüflənirik. Amma təəccübümüz təəssüfümüzü üstələmir. Çünki oxşar mənzərələrə öyrəncəliyik. Obrazlı desək, xəmir qarışdırmaq üçün su tapmayanlar teleaparıcı Vladimir Solovyov və “Rossiya Seqodnya” media qrupunun rəbhəri Marqarita Simonyandır.

Mövzumuz da jurnalistikanı alətə çevirdikləri şübhə doğurmayan, söz və ifadə azadlığının boynuna zəncir keçirən bu iki məxluq barədədir. Onlardan ikincisi birincinin “Vladimir Solovyovla axşam” proqramında sərsəmləyib. Solovyov deyib ki, “indi Azərbaycan bizim üç vətəndaşımızı axtarışa verib. Biz buna necə cavab verdik? Ümumiyyətlə, xarici işlər nazirinin Ukraynaya səfərinə necə cavab verdik?”. Görəsən, Solovyov cavab vermək dedikdə nəyi nəzərdə tutur? Onun efirdəki səs tonuna diqqət yetirsək, Rusiyanın Azərbaycanı cəzalandırmaq üçün gilyotin qurğusu hazırladığı qənaətinə gəlmək mümkündür. Aparıcının başqa dedikləri də fikrimizin sübutudur: “Özünüzə belə bir sual verin: Azərbaycan, bir sıra başqa ölkələr niyə belə davranır? Onlar əmindirlər ki, biz uduzacağıq. Çünki onlar əmindirlər ki, biz heç vaxt cavab verməyəcəyik: nə Qərbə, nə də onlara”.

Bəli, parabeyin Solovyovun düşüncəsində Azərbaycan müstəqil dövlət deyil. O, utanmadan beynəlxalq hüququ heçə sayır, imperiya təfəkküründəki diktə dili ilə danışır və hesab edir ki, bu ritorika keçərlidir. Halbuki keçərli olan Solovyovu nalayiq tonuna görə, yumşaq desək, köpəyə oxşatmaqdır və o, Rusiyanın dövlət telekanalının efirində ölkəmizə hədyanlar yağdırır. Bu mənada “Marqo” ləqəbli M.Simonyanı ən uyğun personaj saymaq mümkündür. Hətta iki gün əvvəlki “performansına” görə “Marqo” Solovyovu üstələyib də. O deyib ki, Azərbaycan 3 rusiyalı jurnalisti axtarışa verməklə, guya, özbaşınalıq edib: “Təsəvvür edirsinizmi, müttəfiqdən belə bir addım gəlsin? Mən təsəvvür etmirəm”.

Deməli, müttəfiq olduq. Görəsən, Simonyan bunu nə tez xatırlayıb? Halbuki biz də bir vaxtlar solovyovların, simonyanların at oynadacaqlarını, ağızlarını Allah yoluna qoyub sərsəmləyəcəklərini təsəvvürə gətirmirdik. Onlar özlərini heç müttəfiq kimi aparmayıblar. Üstəlik, üç rusiyalı jurnalistin Azərbaycanı hədəfə alıb, özlərinin murdar zehniyyətləri ilə ölkəmizi parçalamaq çağırışları özbaşınalıq, müttəfiqliyə zidd sayılmır, əks addımlarımız özbaşınalıq olur?! Ən böyük özbaşınalıq və hətta hədsizlik isə “Marqo”nun növbəti fikirləridir. O, sanki qisas çağırışı səsləndirir. Sən demə, Prezident Vladimir Putindən sonra hakimiyyətə gələcək şəxs Azərbaycana yerini göstərəcəkmiş! Görəsən, Simonyan hansı düşüncə ilə Putini prezident postundan “uzaqlaşdırır? Digər tərəfdən, “Marqo”nun səfeh məntiqinə söykənsək, ortaya daha bir sual çıxır: Görəsən, niyə Putin Azərbaycanı cəzalandıra bilmir, yaxud nə üçün cəzalandırmaq üçün vaxt tapmayacaq?

Bəlkə “Marqo” Putindən sonra gələcək şəxsin kimliyini bildiyindən, belə əmin danışır? İnanmırıq, hər halda, yaxşı olar ki, Kremldə bu embrionun ağzını yığsınlar. Hərçənd, yığacaqlarına şübhəmiz var. Çünki simonyanlar illərdir təfəkkürlərinin mücərrəd guşələrində bəslədikləri hər cür murdarlığı efirə daşıyırlar və onlara “dur” deyən tapılmır.

Simonyan onu da deyib ki, “düzgün etdik ki, Azərbaycanın diaspor rəhbərini ölkədən çıxardıq, satqınları yaxında saxlamaq lazım deyil”. Gör, o boyda ölkə kimlərin, hansı cılız xislətlilərin səfeh təbliğatlarının ümidinə qalıb. Deməli, “Marqo”nun nəzərdə tutduğu şəxs Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənovdur. O Bəxtiyar Həsənov ki, 2025-ci ildə Rusiya vətəndaşlığından məhrum edilmiş, ölkədən deport olunmuşdu.

Bir il əvvəlin Azərbaycan-Rusiya münasibətlərinin soyuqluq ritorikasına diqqət yetirsək, bu addım, sanki, Azərbaycandan qisas almaq mahiyyəti daşımışdı. Amma vəziyyətin məhz belə olduğuna inanmaq istəmirdik. İndi Simonyanın fikirləri kontekstində bu qənaətə gəlmək olar ki, həmin vaxt, həqiqətən, Rusiyanın qisas dili gündəmdə imiş? Əgər belə bir durum yaşanıbsa, ortada nəinki cılızlıq, hətta rəzillik də var.

Sonda bir məqamı da vurğulayaq ki, solovyovların, simonyanların danışdıqları qorxu, qisas və qəzəb dili artıq tam keçərsizdir. Cənubi Qafqaza münasibətdə isə heç keçərli deyil. Rusiyada az-çox ağıllı adam, sağlam zəka sahibi qalıbsa, yaxşı olar, bu məqam nəzərə alınsın. Nəzərə alınsın və keçmiş imperiya dövrünün danışıq ağzını andıran siyasi tullantılarından xilas yolu tapılsın. Solovyovların, simonyanların sayəsində Rusiya düşüncə və təfəkkür zibilxanaları ilə doludur. Yəni üfunət qoxanları özlərinin üfunətli məkanlarına gömmək lazımdır...

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2026 01:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri