Icma.az
close
up
RU
Mars niyə qırmızıdır? Alimlər planetin rənginin sirrini açdılar

Mars niyə qırmızıdır? Alimlər planetin rənginin sirrini açdılar

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Alimlər Marsın unikal qırmızı rənginin səbəbini müəyyən ediblər. Görünür, planet bu rəngi səthi örtən tozun tərkibində olan paslı dəmir mineralı – ferigidrit sayəsində alıb. Bu, ABŞ-ın Braun Universiteti və İsveçrənin Bern Universitetinin alimlərinin rəhbərliyi ilə aparılmış araşdırmada qeyd olunub. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri Nature Communications elmi jurnalında dərc edilib.

Tədqiqatçılar Mars missiyalarının və NASA-nın Mars Reconnaissance Orbiter, həmçinin Avropa Kosmik Agentliyinin Mars Express və Trace Gas Orbiter aparatlarının orbitdən əldə etdiyi müşahidə məlumatlarını analiz ediblər. Bundan əlavə, marsoxodların yer səviyyəsindəki ölçmələrindən də istifadə olunub.

Orbitə yerləşdirilmiş cihazlar və marsoxodlar sayəsində alimlər planetin tozlu səthinin detallı spektral məlumatlarını əldə ediblər. Daha sonra bu məlumatlar laboratoriya şəraitində tədqiq edilib. Xüsusilə, alimlər ferigidrit və digər mineralların hissəcikləri ilə işığın necə qarşılıqlı təsir etdiyini Marsa bənzər şəraitdə yoxlayıblar.

Mars tozu olduqca xırda hissəciklərdən ibarət olduğu üçün dəqiq və real ölçmələr aparmaq məqsədilə alimlər toz hissəciklərini modelləşdiriblər. Daha sonra isə xüsusi üyüdücü maşından istifadə edərək ferigidrit və bazaltın ölçüsünü submikron səviyyəsinə qədər kiçildiblər.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Marsın süxurlarında olan dəmir müəyyən vaxtda su və ya su ilə oksigenin reaksiyasına girərək dəmir oksidini əmələ gətirib. Uzun illər ərzində bu maddə toza çevrilərək küləklərin təsiri ilə bütün planet səthinə yayılıb.

Əvvəlki araşdırmalarda Marsda olan dəmir oksidi yalnız kosmik aparatlardan müşahidə edilib və bu prosesdə suyun rolu nəzərə çarpmayıb. Bu səbəbdən, alimlər həmin oksidin, çox güman ki, qırmızı rəngli minerallardan biri olan hematit olduğunu düşünürdülər.

Hematitin Mars atmosferi ilə milyardlarla il ərzində reaksiya nəticəsində əmələ gəldiyi və bu prosesin çoxlu miqdarda maye su tələb etmədiyi güman edilirdi. Bu nəzəriyyəyə əsasən, hematit Marsda göllər və çaylar mövcud olduqdan sonra yaranmışdı. Lakin bu hipotez suyun digər dəmir oksidlərinin əmələ gəlməsinə səbəb olması ehtimalı ilə ziddiyyət təşkil edirdi.

Yeni araşdırmaya əsasən, Marsın qırmızı rəngi əslində soyuq suda əmələ gələn ferigidritlə əlaqəli ola bilər. Bu isə alimlərin Marsın milyonlarla il əvvəl necə göründüyü və onun həyat üçün potensial yararlı olub-olmaması ilə bağlı təsəvvürlərini dəyişdirə bilər.

"Min illərlə alimlər Marsın niyə qırmızı olduğunu araşdırıblar. Analizlərimizə əsasən, biz hesab edirik ki, ferigidrit təkcə tozun deyil, həm də süxurların tərkibində geniş yayılıb.

Biz ferigidritin Marsın qırmızı rənginin səbəbi olduğunu düşünən ilk alimlər deyilik, lakin bu, indiyə qədər müşahidə məlumatları və yeni laboratoriya metodları ilə sübut olunmamışdı. Biz, demək olar ki, Mars tozunu laboratoriyada yaratmaqla bunu təsdiqlədik", – deyə Braun Universitetinin tədqiqatçısı Adomas Valantinas bildirib.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:974
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Fevral 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri