Icma.az
close
up
RU
Mars planeti ilə bağlı təsəvvürlər dəyişir

Mars planeti ilə bağlı təsəvvürlər dəyişir

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Mars planetində bir zamanlar bol suları olan çoxlu sayda nəhəng çayların izləri tapılıb. Elm adamları bildiriblər ki, aşkar edilmiş çay yataqlarının uzunluğu 15 000 kilometrə çatır.
Reyting.az
-ın xəbərinə görə, bu barədə ilk elmi məlumatları Böyük Britaniyanın Durham şəhərində 2025-ci ilin Milli Astronomiya Konfransının iştirakçıları səsləndiriblər.
Marsın coğrafiyası ilə bağlı yeni məlumatlar təqdim edən alimlərin fikrincə, bu bilgilər Qırmızı planet haqqında bütün təsəvvürləri dəyişir.
İddia olunur ki, keçmişdə Marsda nəhəng çaylar axıb.
Tədqiqatçılar bildiriblər ki, Mars planetinin ən qədim bölgələrindən biri hesab edilən Noaxis-Terra regionunda qədim çayların izləri, yəni dolama təpəciklər aşkarlanıb. Alimlərin söylədiklərindən belə məlum olub ki, bu təpəciklər bir vaxtlar su axan çay yataqlarının "izləri"-dir və çaylardakı yığılıb qalan qumlar, çınqıllar zamanla bərk süxurlara çevrilib, ətrafdakı yumşaq laylar isə küləklə suyun təsiri ilə aşınıb.

Qırmızı planetdə aşkarlanmış bu nəhəng çay şəbəkəsinin ümumi uzunluğu 15 min kilometrdən çoxdur.
Mütəxəssislər əminliklə deyiblər ki, bu, əslində, buzun qısa müddətdə əriməsi uzunmüddətli və davamlı su dövranının nəticəsidir. Elm adamlarının ehtimallarına görə, ola bilsin ki, bu su güclü yağışlar vasitəsilə planetə düşüb.
Əvvəllər elm aləmində hesab edirdilər ki, Marsda su çox nadir hallarda olub. Lakin indi bununla bağlı daha çox sübut ortaya çıxır. Artıq alimlərə məlumdur ki, Marsın iqlimi düşünüldüyündən də daha yumşaq, üstəlik, bəzən hətta "çox rütubətli" olub.
Konfransda iştirak edən, bu tədqiqatlarla bağlı layihənin rəhbəri Adam Losekut da mövzu barədə öz fikirlərini bölüşüb. Alim deyib ki, "bu, keçmişə açılmış çox unikal bir pəncərədir. Bu cür landşaftlar isə Yer kürəsində çoxdan itib, lakin bununla belə biz alimlər Marsda onları ilkin formasında öyrənə bilirik".
Losekut vurğulayıb ki, alimlərin indi verdiyi əsas sual budur: görəsən, nə vaxtsa, həmin dövrlərdə Mars planetində həyat meydana gələ bilərdimi?
Bununla bağlı tutarlı elmi dəlillər olmasa da, Adam Losekut "bir zamanlar yaşıl həyata qərq olunmuş Mars" ehtimalını da istisna etməyib.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 İyul 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri