Marsda qədim okeanın olduğu sübut olundu FOTO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çinin Honq-Konq Politexnik Universitetinin alimləri qədim zamanlarda Marsda nəhəng okeanın mövcud olmasına dair yeni sübutlar tapıblar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələrini "Scientific Reports" jurnalı dərc edib.
"Çinin "Zhurong" aparatı 2021-ci ilin mayında uğurla Marsın cənub "Utopia Planitia" bölgəsinə enib. Əvvəlki tədqiqatlar göstərib ki, Hesper okeanı Marsın şimal düzənliklərində mövcud ola bilər", - məqalədə qeyd olunub.
Nəşrin məlumatına görə, çuxurlu konuslar, çoxbucaqlı çökəkliklər, su və buzlu ərazilər üçün xarakterik olan strukturlar aşkar edilib ki, bu da okeanın mövcudluğundan xəbər verir.
Tədqiqatçılar toplanmış məlumatları təhlil edərək müəyyən ediblər ki, Marsdakı okean təxminən 3.7 milyard il əvvəl daşqın nəticəsində yarana bilərdi. Həmçinin, su hövzəsinin təxminən 3.4 milyard il əvvəl yox olmağa başladığı ehtimal edilir.
Milli.Az
Baxış sayı:91
Bu xəbər 09 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















