“Marsel” baş məşqçisini istefaya göndərdi Rəsmi
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Fransanın “Marsel” klubu italiyalı məşqçi Roberto De Zerbini istefaya göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Məlumata görə, klub rəhbərliyi italiyalı məşqçi ilə tərəfdaşlığına vaxtından əvvəl son qoyub.
Klub rəhbərliyi bu barədə “Marsel”in Fransa “Liqa 1”nin 21-ci turunda PSJ-yə 5:0 hesablı məğlubiyyətindən sonra qərar verib.
Qeyd edək ki, Roberto De Zerbi 2024/25 mövsümünün əvvəlində “Marsel”ə baş məşqçi təyin edilib. O, klubu Fransa çempionatında ikinci yerə çıxarıb. Lakin cari mövsüm komanda üçün o qədər də ürəkaçan olmayıb: 21 “Liqa 1” oyunundan sonra Provansal komandası 39 xalla turnir cədvəlində dördüncü yerdə qərarlaşıb. De Zerbinin Çempionlar Liqası mövsümü daha da məyusedici olub: “Marsel” qrup mərhələsini ümumilikdə 25-ci yerdə başa vurub və pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Bu mövzuda digər xəbərlər:London klubu baş məşqçisini istefaya göndərdi RƏSMİ
08 Yanvar 2025 19:35
Sauthempton baş məşqçisini istefaya göndərdi
07 Aprel 2025 15:08
Milan baş məşqçisini istefaya göndərdi
30 May 2025 10:45
“Sabah” baş məşqçisini istefaya GÖNDƏRDİ
25 Noyabr 2024 14:06
Sabah baş məşqçisini istefaya göndərdi
25 Noyabr 2024 13:55
Baxış sayı:135
Bu xəbər 11 Fevral 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















