“Marsel” Genesionu göndərmək istəsə də, əli qolu bağlıdır
Apasport saytına istinadən Icma.az xəbər verir.
Fransanın “Olimpik Marsel” klubu baş məşqçisi Bruno Genesionun gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır.
“L'Equipe”in məlumatına görə, klub rəhbərliyi 60 yaşlı mütəxəssislə yolları ayırmaq variantını nəzərdən keçirir.
Lakin Genesionun aylıq 400 min avroluq maaşı və müqaviləsinin maliyyə öhdəlikləri rəhbərliyin "əlini-qolunu bağlayıb".
Genesio “Marsel”lə 2028-ci ilin yayına qədər müqavilə bağlayıb. O, cari mövsümün əvvəlində komandanın sükanı arxasına keçib.
“Marsel” mövsümə uğursuz başlayıb. Komanda son olaraq PSJ-yə 1:2 hesabı ilə uduzaraq bütün turnirlərdə ardıcıl 5-ci məğlubiyyətini alıb.
Liqa 1-də ilk 5 turdan cəmi 3 xal toplayan Marsel təmsilçisi Avropa Liqasının ilk oyununda da “Beşiktaş”a 1:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Genesio daha əvvəl “Lion”, “Renn” və “Lill” klublarını çalışdırıb.
Mbappe millinin məşqində iştirak etmədi Tedesko "Borussiya" yolunda “Arsenal” Arteta ilə razılığa gəldi – Yeni müqavilə imzalanacaq "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
Baxış sayı:72
Bu xəbər 23 Sentyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















