Marsel prokuroru Nitsa atışmasını “ərazi uğrunda müharibə” kimi xarakterizə edib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paris, 19 may, AZƏRTAC
Fransanın Marsel şəhərinin prokuroru Nikola Besson bildirib ki, narkotik ticarətinin təsiri altında olan məhəllələr dövlət tərəfindən diqqətsiz buraxılmayacaq.
AZƏRTAC xəbər verir ki, o, bu açıqlamanı Nitsada baş vermiş və iki nəfərin ölümü, altı nəfərin isə yaralanması ilə nəticələnən silahlı insidentdən sonra verib. Mayın 19-da “Franceinfo” radiosuna müsahibəsində prokuror xatırladıb ki, hadisə ilə əlaqədar iki kişi və bir qadın saxlanılıb, onlara qarşı ittiham irəli sürülərək barələrində müvəqqəti həbs qərarı çıxarılıb. Nikola Besson vurğulayıb ki, həyatını itirən iki nəfərin narkotik alveri ilə heç bir əlaqəsi olmayıb. O, hadisə zamanı ölən ailə başçısının qızının ifadəsini böyük emosiyalarla dinlədiyini deyib.
Prokuror qeyd edib ki, insanlar öz zəhmətləri ilə azad və sakit yaşamaq istəyirlər. Narkotik tacirləri mövcud olduqca, bu məhəllələrin həyatı məhv olur. O əlavə edib ki, hüquq-mühafizə orqanları mübarizəni davam etdirəcək. Nikola Besson Nitsadakı hadisəni “ərazi uğrunda müharibə” kimi xarakterizə edib. Onun sözlərinə görə, məqsəd qarşı tərəfi terrora məruz qoymaq, potensial müştəriləri qorxutmaq, məhəllədəki sosial birliyi dağıtmaq və polis müdaxiləsini daha da gücləndirməkdir. Prokuror bildirib ki, hazırkı mərhələdə konkret bir şəxsin hədəf alındığını sübut edən heç bir fakt yoxdur. “Faciəyə səbəb olan əsas amil satış nöqtəsinə yaxınlıq və əraziyə nəzarəti ələ keçirmək istəyi olub”, - deyə o qeyd edib.
Nikola Besson əlavə edib ki, narkoticarətin ən qorxulu tərəflərindən biri məhz kor-koranə açılan atəşlərin təsadüfi qurbanlara səbəb olmasıdır.
Hazırda istintaqın əsas məqsədi sifarişi verən şəxsləri müəyyənləşdirməkdir. Prokuror bildirib ki, bütün ehtimallar araşdırılır və bu versiyalar arasında məşhur “DZ Mafia” cinayət şəbəkəsinin iştirakı da nəzərdən keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 19 May 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















