Icma.az
close
up
RU
“Marsel”lə “Monako” ÇL ə vəsiqəni təmin etdi

“Marsel”lə “Monako” ÇL ə vəsiqəni təmin etdi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Fransada çempionun kimliyinə çoxdan aydınlıq gəlsə də, cavabını gözləyən bir çox başqa sual var.

33-cü turun bütün oyunları eyni vaxtda başladı. Köhnə-yeni çempion PSJ, demək olar ki, əvəzedici heyətlə “Monpelye”ni darmadağın etdi. Ramuşun het-triklə yadda qaldığı oyunla bağlı heç bir turnir motivasiyası yox idi. Amma başqa oyunlar üçün ən müxtəlif intriqa mənbələri tapmaq olar. “Marsel” son dəqiqələrdə autsayder “Havr”ın müqavimətini qırmaqla növbəti mövsümdə Çempionlar Liqasında yerini təmin etdi. Bu oyunda da fərqlənən Qrinvud bombardirlər cədvəlində yalnız Dembeledən geri qalır.
“Monako” isə “Lion” üzərində inamlı qələbə qazandı. “Knyazlar” da gələn mövsüm qitənin ən nüfuzlu klub turnirində oynayacaq.
PSJ, “Marsel” və “Monako”nun əsas mərhələdə yer alacağı bəllidisə, təsnifat mərhələsində oynamağa imkan verən 4-cü yer uğrunda son turda da amansız mübarizə gedəcək. İş ondadı ki, həmin yerə iddialı komandaların – “Nitsa”, “Lill” və “Strasbur”un hər biri hesabat turunda uduzdu.
“Renn”in qonağı olan “Nitsa” heç bir motivasiyası qalmayan rəqibdən iki top buraxdı. PSJ-nin yetirməsi Kalimuendo dublla yadda qaldı. 23 yaşlı hücumçu cari mövsümdə 17 qol vurub. 57 xala malik “Nitsa” 4-cü yerdə qaldı. Axı “qartallar”ın əsas rəqibləri “Lill” və “Strasbur” da məğlubiyyətlə barışdı. “Şimallı itlər” səfərdə “Brest”lə bacarmadı – 0:2.
Yeri gəlmişkən, “Brest”in də heç bir turnir motivasiyası qalmayıb. “Strasbur” isə səfərdə “Anje”yə uduzdu – 1:2. “Qara-ağlar” Lepolun dublu sayəsində sevindi. “Anje” növbəti mövsüm üçün elitada yerini təmin etdi. Beləliklə, “Nitsa”, “Lill” və “Strasbur” son tura 57 xalla qədəm qoyur. 54 xalı olan “Lion”u da 4-cü yer uğrunda mübarizədən silməyək. Onu da xatırladaq ki, xalların bərabərliyi halında daha yaxşı top fərqinə malik olan komanda yuxarı pillədə qərarlaşacaq.
Turun qalan oyunlarına gəlincə, “Reyms”i məğlub edən “Sent-Etyen” xalını 30-a çatdırdı. “Yaşıllar” 17-ci pillədə qalsa da, hələ də onların xilas imkanı var. İrəlidə isə “Havr” (31), “Nant” və “Reyms” (hərəyə 33) qərarlaşıb. “Xilaskar” 15-ci yerdə qrəarlaşan “Nant” hesabat turunda səfərdə “Oser”lə heç-heçə etdi. Heç bir turnir əhəmiyyəti daşımayan daha bir oyunda “Tuluza” ilə “Lans” “sülh bağladı”.
ÇL-ə vəsiqə verən 4-cü yerin sahibi ilə yanaşı, “Monpelye”nin ardından elitanı tərk edəcək daha bir komandanın adına sonuncu turda aydınlıq gələcək. Son iki yeri tutan komandalar avtomatik elitanı tərk edir, 16-cı yeri tutan isə Liqa 2-nin 3-cü komandası ilə iki oyun keçirir.
33-cü tur
Monpelye – PSJ 1:4

Kulibali, 80 – Mayulu, 44. Ramuş, 49; 59-p.; 65. (16787)
PSJ: Tenas, Zair-Emeri, Tap, Beraldo, Ernandes, Li Kan İn, Mayulu, Mbay, Due (Kamara, 60), Ramuş, Barkola (Zaqe, 68).
Havr – Marsel 1:3
Sumare, 66 – Quiri, 56; 90+9. Qrinvud, 85. (23831)
Marsel: Rulyi, Murilyo, Balerdi, Kornelius, U.Qarsiya (Merlen, 76), Ronjye, Heybyerq, Qrinvud (Felipe, 89), Rabyo, Rou (Enrike, 62), Quiri.
Monako – Lion 2:0
Minamino, 62. Zakariya, 68. (13578)
Monako: Kön, Teze (Vanderson, 76), Sinqo, Kerer, Enrike, Akliuş, Zakariya (Mavissa, 86), Kamara (Maqassa, 78), Minamino (Dyatta, 86), Embolo, Biret (Ben-Seqir, 76).
Renn – Nitsa 2:0
Kalimuendo, 15; 80. (26118)
Brest – Lill 2:0
Ajork, 42. Dumbiya, 64. (14556)
Anje – Strasbur 2:1
Lepol, 15; 48 – Bakva, 43. (14391)
Reyms – Sent-Etyen 0:2
Tardye, 3. Kardona, 41. (18630)
Oser – Nant 1:1
Perren, 45 – Leru, 62. (17277)
Tuluza – Lans 1:1
Qboo, 48 – Əl-Aynaui, 61. (27890)
1. PSJ 33 25 6 2 89-34 81
2. Marsel 33 19 5 9 70-45 62
3. Monako 33 18 7 8 63-37 61
4. Nitsa 33 16 9 8 60-41 57
5. Lill 33 16 9 8 50-35 57
6. Strasbur 33 16 9 8 54-41 57
7. Lion 33 16 6 11 63-46 54
8. Brest 33 15 5 13 52-53 50
9. Lans 33 14 7 12 38-39 49
10. Oser 33 11 9 13 47-48 42
11. Renn 33 13 2 18 49-46 41
12. Tuluza 33 10 9 14 41-41 39
13. Anje 33 10 6 17 32-51 36
14. Reyms 33 8 9 16 32-45 33
15. Nant 33 7 12 14 36-52 33
16. Havr 33 9 4 20 37-69 31
17. Sent-Etyen 33 8 6 19 37-74 30
18. Monpelye 33 4 4 25 23-76 16
Bombardirlər: Dembele (PSJ) – 21, Qrinvud (Marsel) – 20, Kalimuendo (Renn) – 17, Devid (Lill) - 16.
Sonuncu turun oyunları bu gün keçiriləcək: Marsel – Renn, Lion – Anje, Nitsa – Brest, Sent-Etyen – Tuluza, Lill – Reyms, Strasbur – Havr, Nant – Monpelye, Lans – Monako, PSJ – Oser.
Turun rəqəmi
16 – Ramuş cəmi 16 dəqiqə ərzində “Monpelye”nin qapısından üç top keçirdi. Portuqaliyalı forvard 49, 59 və 65-ci dəqiqələrdə fərqləndi. Qonsalo 2025-də ikinci dəfə het-trik etdi. Fevralda keçirilən ölkə kubokunun 1/4 final oyununda da “Brioşen”in qapısına üç dəfə yol tapa bilmişdi.
Turun ulduzu
Arno Kalimuendo (Renn) – ÇL-ə can atan “Nitsa”nı sərt şəkildə cəzalandırdı. Baxmayaraq ki, onun komandasının heç bir turnir hədəfi qalmayıb. Gənc hücumçunun bombardirlər cədvəlində yalnız Dembele ilə Qrinvuddan geri qalması da öyünüləsi məqamdı.
Turun sitatı
Tilo Kerer, “Monako”nun müdafiəçisi:

“Düşünmürəm ki, əvvəllər nə vaxta turnir cədvəlinin yuxarı hissəsində belə sıxlıqla üzləşmişəm. Ancaq sonda bir qələbənin və ya topların fərqinin önə çıxması mənim üçün yenilik deyil. İndiki durumda ortaya ÇL-ə vəsiqə qoyulub, heç bir halda konsentrasiyanı itirmək olmaz”.


Faktlar
* “Monako” 31-ci dəfə mövsümü ilk “3-lük”də bitirdi. Bu göstəricidə “knyazlar”ın ən yaxın izləyiciləri “Marsel” (29) ilə PSJ-di. (25).
* PSJ-nin start heyətində yer alan futbolçuların orta yaşı 21 il 251 gün idi. Bu isə klub tarixində çempionatda çıxış edən ən gənc heyətdi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 May 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri