Marselo: Ronaldo ilə Messini müqayisə etmək yox, oyunlarından həzz almaq lazımdır
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən ay karyerasını başa vuran Braziliya millisinin və İspaniyanın "Real Madrid" komandasının sabiq futbolçusu Marselo Kriştianu Ronaldo və Lionel Messi barədə danışıb.
AZƏRTAC xəbər verir ki, veteran müdafiəçi ulduz oyunçularla eyni dövrdə oynadığı üçün şanslı olduğunu bildirib: “Kriştianu Messinin daha yaxşı olduğunu düşünür. Biri iki qol vurduğu zaman digəri het-trik etmək istəyirdi. Biz bundan həzz alırdıq. İnsanlar onları müqayisə etmək istəyir, amma unudurlar ki, sadəcə, onların oyunundan həzz almaq lazımdır.
Karyerası ərzində 15 il “kral klubu”nun formasını geyinən Marselo 546 oyunda 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Madrid təmsilçisinin əfsanələrindən hesab olunan veteran futbolçu bu komandada ümumilikdə 25 titul qazanıb. Onların arasında 5 Çempionlar Liqası kuboku da var.
Qeyd edək ki, Marselonun son klubu ölkəsinin “Fluminense” kollektivi olub.
Baxış sayı:84
Bu xəbər 04 Mart 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















