Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi
Lent az saytına istinadən Icma.az xəbər verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclasında hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Samir Mamedovun 3 il sürücülük hüququndan məhrum edilməkə 5 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmasını elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Samir Mamedovun 5 il sürücülük hüququndan məhrum edilməklə, 7 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. Zərərçəkən tərəf marşrut xəttinin sahibi olan daşıyıcı şirkətə qarşı mülki iddia qaldıraraq 50170 manat ödənilməsini istəmişdi. Bu məbləğə maddi və mənəvi təzminat, eləcə də dövlət rüsumları daxildir. Zərərçəkən tərəf mülki iddiadan geri çəkildiyini məhkəməyə bildirib.
Xatırladaq ki, hadisə 1 dekabr 2025-ci ildə Binə qəsəbəsi ərazisində qeydə alınıb.
Samir Loğman oğlu Mamedov idarə etdiyi “Daewoo” markalı marşrut avtobusu ilə qəsəbə ərazisində piyadanı vurub. Ağır xəsarətlər alan piyada Vurğun Cəlil oğlu Əliyev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, Samir Mamedov Cinayət Məcəlləsinin 263-1.3 maddəsi (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Baxış sayı:594
Bu xəbər 29 İyun 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















