Icma.az
close
up
RU
Marşrutda qorxu yaradan qadın Ruhi xəstədir, həmişə...

Marşrutda qorxu yaradan qadın Ruhi xəstədir, həmişə...

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Bakıda marşrut avtobusuna əlində bıçaqla daxil olan qadın digər sərnişinlərin təşviş keçirməsinə səbəb olub.

“Çinar Trans” MMC-yə məxsus olan “King Long” markalı avtobusa (bu avtobuslar yalnız 133 və 165 saylı xətlərdə istismar edilir) bıçaqla daxil olan yaşlı qadın digər sərnişinləri hədələməyə başlayıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli News24.az-a bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

“Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov saytımıza açıqlamasında deyib ki, sosial şəbəkələrdə yayılan görüntüləri yenicə görüblər:

"Bəli, nəqliyyat bizim şirkətə məxsusdur və həmin avtobuslar ancaq bizdədir. Çox güman ki, hadisə 165-də olub, avtobuslarımızda kameralar da var. Məsələ hazırda araşdırılır, polislə də əlaqə saxlamışıq. Araşdırıb təyin edəcəyik ki, hadisə hansı avtobusda olub. Hadisəni törədən qadını tanıyırlar, ruhi xəstədir, Binəqədidə yaşayır. Həmişə avtobuslarda öz-özünə danışaraq, kimisə təhqir edərək gedib-gəlir".

Qeyd edək ki, “Çinar Trans” MMC-yə məxsus olan avtobuslardan bu ilk şikayət və hadisə deyil. Belə ki, keçən il sosial mediada görüntüləri yayılan “Batya Vasmoyski” ləqəbli Bəxtiyar Ağaməmmədov da həmin şirkətə məxsus avtobusun sürücüsü idi. Həmin şəxs dəfələrlə avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftarı, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib. 

Eyni zamanda, 22.05.2024-cü il tarixində Bakıda qadın avtobusdan yıxılaraq ölüb. Sözügedən avtobus da “Çinar Trans” MMC-nin istismarında olan xətt üzrə hərəkət edib.

Bu hadisələri xatırladıb soruşduğumuzda isə İsmayıl Hüseynov bildirdi ki, belə mənfi hallar davamlı olaraq olmur.

Günel Məlikzadə
News24.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 May 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri