Icma.az
close
up
RU
Martda öldü, dörd ay sonra dirildi: İstanbulda filmlərə bənzəyən hadisə

Martda öldü, dörd ay sonra dirildi: İstanbulda filmlərə bənzəyən hadisə

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbulda filmlərə bənzəyən hadisə baş verib. Erol T. adlı vətəndaş mart ayında həyatını itirib və onun cansız bədəni Ədliyyə Tibb Qurumunda qardaşı tərəfindən müəyyən edilib.
 

Sfera.az bildirir ki, iyul ayında Erol T. ifadə verməyə gedəndə həqiqət üzə çıxıb.
 

Belə ki, hər şey 17 fevral 2024-cü ildə başlayıb. İstanbulun Kadıköy şəhərində polis qrupları yerdə uzanmış 60 yaşlı Erol T. ilə qarşılaşıb. Heyət maşınına mindirilən Erol T. polisə odekolon içdiyini dedikdən sonra vəziyyəti pisləşib və xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib. Müalicəsi başa çatan Erol T.-nin mart ayında dünyasını dəyişdiyi qeyd edilib. Böyük qardaşı Ərdoğan T. qardaşının cansız cəsədini Ədliyyə Tibb Qurumunda müəyyən edib. Erol T. martın 30-da məmləkəti Aksarayda torpağa tapşırılıb. Erol T. xəstəxanaya aparılarkən, barəsində “spirt zəhərlənməsi” ilə bağlı istintaq başladılıb.
 

25 mart 2024-cü ildə vəfat etdiyi bildirilən Erol T.-nin iyulun 18-də polis bölməsinə gedərək ifadə verdiyi məlum olub. Onu alkoqolizmdən ölən evsiz adam kimi səhv salıblar.
 

Qardaşının cansız bədənini müəyyən edən Ərdoğan T., Erol T.-nin sağ olduğu aydınlaşdıqdan sonra ifadə verməyə çağırılıb. Cansız bədənin üzünün tanınmaz olduğunu deyən Ərdoğan T. “Qardaşım olduğuna əmin idim” deyib.
 

Hadisə araşdırıldıqdan sonra həqiqət üzə çıxıb. 25 mart 2024-cü ildə Kadıköydə spirtli içkidən zəhərlənərək ölən şəxsin Erol T. olduğu düşünülüb. Prokurorluq Erol T.-nin heç kimdən şikayət etmədiyi üçün "zəhərlənmə" işinə xitam verib.


Aynil

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 Aprel 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri