Icma.az
close
up
RU
Martda zəhərlənmələrin sayı niyə artır?

Martda zəhərlənmələrin sayı niyə artır?

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kliniki Tibbi Mərkəz mart ayı ərzində zəhərlənmə diaqnozu ilə toksikologiya şöbəsinə daxil olan xəstələrin sayını açıqlayıb. Həmin ayda 104 nəfər zəhərlənib. 

Onlardan 48 nəfər dərmandan, 23 nəfər sirkə turşusundan, 4-ü spirtli içkidən, 2-si qidadan, 14 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən zəhərlənmə ilə, 5 nəfər allergik reaksiya, 1 nəfər anafilaktik şok, 1 nəfər ilan sancması səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfərin (4 kişi, 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Statistikda dərmandan zəhərlənmə halları 48 nəfərdə müşahidə olunub. Buna səbəb nədir, keyfiyyətsiz dərmanların qəbuludur, yoxsa intihar?

Farmokoloq Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında insanların lazım olmayan dərmanları qəbul etdiklərini bildirib:

“İnsanlar dozasını bilmədiyi, kiminsə məsləhəti, ya da evdə olan istifadə müddəti bitmiş dərmanı qəbul edə bilirlər. Amma dərmanlardan zəhərlənmələr faktı tək bununla izah oluna bilməz. Fikrimcə, daha çox səbəblərdən biri intihara cəhdlərdi. İlk ağla gələn çox yüksək dozada dərmanların ovucla qəbuludur”.

Farmokoloq vurğulayıb ki, mart ayında mövsümi xəstəliklər şiddətlənir:

“Bu ayda dərman qəbulunun artması normal haldır. Hətta təzyiq, ürək xəstəsi olmayan insanlarda belə martda bəzi problemlər yaşanır. Bayramlarımızla əlaqdar yağlı-şəkərli qidaların qəbulu arterial təzyiqin, ürək döyüntülərinin, bəzən isə şəkərin artması ilə müşaiyət olunur. Üstünə də gəlin bütün növ xroniki xəstəliklərin, istər mədə, qaraciyər, öd, istərsə də psixo-nevroloji problemlərin şiddətlənməsini. Yəni, dərman qəbulunun artması normaldır”.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see377

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see377

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see314

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see269

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see253

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see222

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see217

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see216

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see204

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see204

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see199

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see193

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see191

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see183

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see182

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see181

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see176

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see176

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see163

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri