Martdan sonra 200 manat ALACAQSINIZ!
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir.
News24.az xəbər verir ki. bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
O bildirib ki, “Məşğulluq haqqında” qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əmək haqqının 50 faizi məbləğində təqaüd verilir:
“2025-ci ilin yanvar ayından minimum əmək haqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb. Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaud artırılaraq 200 manat olub. Bu o deməkdir ki, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb.
Digər bir sıra təqaüdlərdə artımlarla bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır. Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 10 Mart 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















