Martın 16 da diqqətçəkən kosmik hadisə gözlənilir
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Martın 16-da 3I/ATLAS adlı ulduzlararası kometa Jupiter planetinə ən yaxın nöqtədən keçəcək. Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Milli.Az xəbər verir ki, hesablamalara görə, kometanın Yupiterə minimal yaxınlaşma məsafəsi təxminən 0.36 au (təxminən 53 milyon km) olacaq və bu, toqquşma riski yaratmır.
3I/ATLAS Günəş sistemindən kənardan gələn və hiperbolik trayektoriya ilə hərəkət edən ulduzlararası kometadır. O, 2025-ci il iyulun 1-də ATLAS müşahidə sistemi tərəfindən aşkarlanıb və Günəş sistemindən keçdikdən sonra yenidən ulduzlararası fəzaya qayıdacaq.
Alimlər bu keçidin əsas məqsədinin Yupiterin güclü cazibə qüvvəsinin kometanın hərəkətinə təsirini müşahidə etmək olduğunu bildirirlər. Bu cür ulduzlararası obyektlərin müşahidəsi isə çox nadir hesab olunur və kosmosda planet sistemlərinin yaranmasını daha yaxşı anlamağa kömək edir.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Mart 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















