Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astroloqlar mart ayının son günlərində bəzi bürclərin həm iş həyatında, həm də şəxsi münasibətlərində daha şanslı olacağını bildirirlər. Ulduzların mövqeyinə görə, bu dövr bir sıra insanlar üçün yeni imkanlar və müsbət dəyişikliklər vəd edir.
publika.az xəbər verir ki, mütəxəssislər xüsusilə üç bürcün - Buğa, Tərəzi və Dolçanın qarşıdakı günlərdə daha uğurlu ola biləcəyini qeyd edirlər. Bu bürclərin nümayəndələri karyera, münasibətlər və şəxsi inkişaf sahələrində irəliləyiş hiss edə bilərlər.
Buğa
Buğa bürcü üçün martın sonu iş həyatında aktiv və məhsuldar mərhələ ola bilər. Onların zəhməti və məsuliyyətli yanaşması diqqətdən yayınmayacaq. Bu dövrdə yeni iş təklifləri, vəzifə artımı və ya peşəkar nailiyyətlərin qiymətləndirilməsi ehtimalı var.
Astroloqlar Buğalara yeni ideyalardan çəkinməməyi, eyni zamanda özlərinə qısa istirahət üçün vaxt ayırmağı tövsiyə edirlər.
Tərəzi
Tərəzi bürcü üçün bu həftə emosional baxımdan daha balanslı və xoş keçə bilər. Onların həyatında yeni tanışlıqlar yarana və ya mövcud münasibətlər daha da möhkəmlənə bilər. Romantik görüşlər və səmimi söhbətlər münasibətləri daha dərin edə bilər.
Bununla yanaşı, astroloqlar Tərəzilərə başqalarının istəkləri naminə öz ehtiyaclarını unutmaqdan çəkinməyi məsləhət görürlər.
Dolça
Dolça bürcünün nümayəndələri üçün bu dövr yaradıcılıq və yeni ideyalarla zəngin ola bilər. Onlar öz bacarıqlarını daha açıq şəkildə göstərə və yeni istiqamətlərdə inkişaf edə bilərlər. Bu həm də insanın öz məqsədlərini yenidən nəzərdən keçirməsi üçün uyğun vaxt sayılır.
Astroloqlar Dolçalara fərdiliklərini qorumağı, eyni zamanda yaxın insanlarla münasibətlərdə tarazlığı saxlamağı tövsiyə edirlər. (Milli.Az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 24 Mart 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















