Icma.az
close
up
RU
Masai icmasının nümayəndəsi: İtki və zərərlərlə bağlı danışıqlarda yerli icmaların təmsil olunması vacibdir

Masai icmasının nümayəndəsi: İtki və zərərlərlə bağlı danışıqlarda yerli icmaların təmsil olunması vacibdir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bonn, 23 iyun, AZƏRTAC

Keniyanın Masai qəbiləsinin nümayəndəsi kimi Bonn İqlim Sammitində iştirak edirəm. Biz yerli bir icmaya mənsubuq. Özümüzü Masai adlandırırıq. Onilliklər ərzində çoxsaylı problemlərlə, əsasən də daşqınlar və quraqlıqlar üzləşmişik. Bu, bizim üçün çox ciddi bir problemdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Keniyanın Masai icmasının nümayəndəsi Amos Leshao Sopia səsləndirib.

“Quraqlıqlar nəticəsində evlərimizi, heyvanlarımızı itiririk. Halbuki biz heyvandarlıqla dolanırıq. Daşqınlar zamanı həm əmlakımızı, həm də insan həyatını itiririk. Bu hallar illərlə təkrarlanıb və biz bu günə qədər heç bir dəstək almamışıq. Bu səbəbdən düşünürəm ki, bizə kompensasiya verilməlidir. Biz çox şey itirmişik, bəlkə də geri qazanmaq mümkün deyil, amma ən azından kompensasiya almağa haqqımız var”, - deyə Amos Leshao Sopia qeyd edib. O, həmçinin bildirib ki, kompensasiya almağın əsas yolu yerli icmaların siyasət və qərar qəbuletmə proseslərinə birbaşa cəlb edilməsidir: “Biz orada – danışıqlar masasında olmalıyıq. Biz düzgün informasiyanı çatdıra bilərik. Real elmi sübutlarımız var – biz doğrudan da çox şey itirmişik”.

A.Leshao deyib ki, Keniyanın böyük əraziləri quraqlıqdan əziyyət çəkir: “Qadınlar su tapmaq üçün uşaqları çiyinlərində 15-20 kilometr yol qət edirlər. Bir çox yerlərdə qida da yoxdur. Su çatışmazlığı uşaqların təhsilinə də mənfi təsir edir. Ailə gəlirləri azaldığı üçün yoxsulluq dərəcəsi son dərəcə yüksəkdir”.

Müsahibimiz bildirib ki, ötən il Azərbaycanda keçirilmiş COP29-da iştirak edib. O, COP29 zamanı İtki və Zərərlərə Cavab Fondunun yaradılmasını müsbət addım kimi qiymətləndirib, lakin mexanizmlərin daha ədalətli və inklüziv olmasının vacibliyini vurğulayıb: “İtki və Zərərlərə Cavab Fondu üçün ən effektiv mexanizm ondan ibarətdir ki, bu danışıqlarda bizim – yəni bu prosesdən birbaşa zərər çəkmiş insanların təmsilçiliyi təmin olunsun. Çünki kəndlərdə, yerində baş verənləri yalnız biz bilirik. Qərar verən şəxslər isə bu reallıqlardan çox vaxt xəbərsiz olurlar”.

S.Leshao sonda deyib: “Şəxsən mən – iqlim dəyişikliyi səbəbindən bu itkiləri yaşamış bir insan kimi – bu proseslərdə iştirak etməliyəm. Biz orada olmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri