Masallıda 27 sentyabr Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası
Icma.az bildirir, Ses qazeti portalına istinadən.
Bu gün, 24 sentyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr–Anım Günü ilə əlaqədar Şərəfə ərazisində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, RİHB aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunmuş ağacəkmə aksiyasında 1500 ədəd müxtəlif növ ağac əkilmişdir.
Rayon rəhbəri çıxış edərək bildirmişdir ki, şəhidlərin xatirəsini daim yaşatmaq hər birimizin mənəvi borcudur və belə tədbirlər həm gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, həm də ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 25 Sentyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















