Masallıda maşın körpüdən aşdı, sıxılı vəziyyətdə qalan sürücü xilas edildi VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Masallı rayonunun Şıxlar kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 23-də saat 13:00 radələrində qeydə alınıb. Belə ki, sürücü Elşən Xudayev idarə etdiyi “Hyundai” markalı maşınla Viləşçay üzərindəki körpüdə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə sürüşən avtomobil körpüdən aşaraq çay yatağına düşüb. Qəzanın yolun buz bağlaması səbəbindən baş verdiyi bildirilib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Maşında sıxılmış vəziyyətdə qalan sürücü avtomobildən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Bu mövzuda digər xəbərlər:Masallıda Hyundai körpüdən aşdı VİDEO
24 Fevral 2025 13:31
Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edildi Video
02 Avqust 2025 11:12
“07”də sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi VİDEO
22 Noyabr 2025 19:04
Avtomobillərdə sıxılı vəziyyətdə qalan sürücülər xilas edildi VİDEO
10 Avqust 2025 11:38
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edildi Video
23 İyul 2025 11:27
Baxış sayı:136
Bu xəbər 24 Fevral 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















