Masallıda şagirdlər xüsusi qayğıya ehtiyacı olan uşaqlar qarşısında tamaşa ilə çıxış ediblər AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Masallı, 24 dekabr, İlkin Adıyev, AZƏRTAC
Masallı rayonu təhsil sektorunun dəstəyi və Dəmirçi kənd ümumi orta məktəbinin ibtidai sinif müəllimi Leyla Şıxəlizadənin təşəbbüsü ilə "Həmrənglilər tamaşası" nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşa Masallı “ASAN xidmət” mərkəzinin kinozalında səhnələşdirilib. Dəmirçi kənd ümumi orta məktəbinin şagirdləri, tamaşada göstərdikləri maraqlı və yumoristik səhnələrlə qonaqları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar sevindiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şagirdlər öz bacarıqlarını nümayiş etdirərək, müxtəlif tamaşalar təqdim edib, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, musiqilər ifa ediblər.
Tədbirin sonunda Şaxta baba və Qar qız səhnəyə çıxaraq uşaqlarla birlikdə Yeni il bayramını qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 23 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















