Icma.az
close
up
RU
“Masallı”nın cəzalanan rəhbəri: “Onların böyüklərin liqalarından anlayışları yoxdur”

“Masallı”nın cəzalanan rəhbəri: “Onların böyüklərin liqalarından anlayışları yoxdur”

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Hakimlərin iki oyundur bizə qarşı etinasız münasibəti məni təngə gətirdiyi üçün etirazı etmişəm”.

Bunu İdman.biz-ə “Masallı” futbol klubunun rəhbəri Mirələm Həşimov deyib.

O, AFFA-nın İntizam Komitəsi tərəfindən 2 matçlıq diskvalifikasiya olunmasına münasibət bildirib. Həşimov haqqında verilən qərarı ədalətsiz hesab edir: “Oyun bir topla idarə edilirdi. Halbuki hər iki qapının arxasında əlavə top olmalı idi. Bunu dəfələrlə hakimlərə bildirməyimə baxmayaraq, heç bir dəyişiklik olmadı. Bu matçda komandanın udub-uduzmağının heç bir önəmi yox idi. Hər iki halda biz qrupdan çıxırdıq. 2020-ci ildən futbol üçün bu qədər əziyyət çəkən, heç bir təhqirə yol vermədən, sadəcə sözlə etiraz edən bir adama bu cəzanı verdikləri üçün Hakimlər Komitəsinə təşəkkür edirəm. Matçda baş verənlərin videosunu çəkib, onlara göndərmişdim. Əgər o videonu görəndən sonra da qərarı dəyişməyiblərsə, mənim daha deyəcək sözüm yoxdur”.

Klub rəhbəri matçda hakim idarəçiliyinin aşağı səviyyədə olduğunu deyib: “Rəqibin azarkeşləri stadiondan kənarda səsgücləndirici qoymuşdular. Bu cür dəstək qanunlara ziddir. Mən də bununla bağlı yan hakimə etirazımı bildirdim. “Biləsuvar” komandası ilə oynayanda da bu hal baş vermişdi. Bu, düzgün idarəetmənin olmadığından xəbər verir. Ümumiyyətlə, bizim son iki oyunun hakimləri uşaq liqalarının hakimləridir və böyüklərin liqalarından anlayışları yoxdur. Hakim oyunu saxlamalı, səsgücləndiricinin səsini aldıqdan sonra oyunu davam etdirməli idi. Üstəlik, oyunda üç top yoxdursa, matç keçirilə bilməz. Bunlara etiraz etdiyimə görə, məni kənarlaşdırdılar. Oyundan dərhal sonra rəsmi şəkildə qırmızı vərəqəyə etiraz etsəm də, bir faydası olmadı”.

Qeyd edək ki, Region Liqasında keçirilən “Zəfər 44” – “Masallı” qarşılaşmanın 88-ci dəqiqəsində hakimə şiddətli etiraz edən Mirələm Həşimovu AFFA-nın İntizam Komitəsi cəzalandırıb. O, 2 matçlıq diskvalifikasiya edilib.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri