Icma.az
close
up
RU
Masazır böyüyür, avtobuslar köhnəlir əlavə marşrutlar VERİLƏCƏK?

Masazır böyüyür, avtobuslar köhnəlir əlavə marşrutlar VERİLƏCƏK?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıətrafı qəsəbələrdə yeni yaşayış kompleksləri tikilir və əhali sayı durmadan artır, amma marşrutların sayı bu artımla ayaqlaşmır. Bu, həmin ərazilərdə yaşayanların qarşılaşdığı və illərlə həllini gözlədiyi bir problemdir. Avtobus çatışmazlığından sıxlıq yaranır, bunun nəticəsində nəinki səhər və axşam, artıq günün bütün saatlarında avtobuslar dolu olur, insanlar yollarda qalırlar.

Səbəb nədir?

Şirkətlər tikinti icazəsini alıb, inşa işlərini başa çatdırdıqdan sonra təhvil verib, amma  ictimai nəqliyyat məsələsi diqqətdən kənar qalıb. Nəzərə alsaq ki, bəzi qəsəbələr metro və yaxud sürət qatarına uzaq məsafədə yerləşir, belə olduqda sakinlər 2, bəzən 3 marşrut dəyişməli olurlar.  

Masazırın “yük”ünü bir avtobus çəkir

Yaraşıqlı binaların fonunda marşrut azlığı, onların da köhnə, antisanitar vəziyyətdə olması, standartlara cavab verməməsi ümimi inkişaf planına kölgə salır. Konkret Masazır qəsəbəsini götürək. Bu qəsəbə son illərdə Bakıətrafı ərazilər arasında ən sürətlə böyüyən yaşayış məntəqələrindən biridir. Burada çoxsaylı yeni yaşayış kompleksləri (Yeni Bakı, Qurtuluş 93, “Zəngilan”, “Məzunlar”, Yeni Masazır və s.) tikilir, əhali sürətlə artır, amma ictimai nəqliyyat bu artıma uyğunlaşdırılmır.

Hazırda paytaxtın “Memar Əcəmi” metrostansiyasına qədər işləyən iki marşrut var ki, bunlardan biri yeni komplekslərə tərəf heç getmir. Bütün yükü təkbaşına çəkən 525 nömrəli avtobusun  isə artıq “çiyinləri” batıb. Səhər və axşam saatlarında avtobusa yaxın durmaq mümkün olmadığı üçün insanlar “manatlıq” (artıq 2 manatlıq) taksilərə üz tutmalı olurlar.

Hər nə qədər də tikinti şirkətləri yaşayış komplekslərini tikərkən plansız iş qurmasından danışsaq da, onların satışa və gəlir götürməyə üstünlük vermələri anlaşılandır. Çünki onların işi tikintidir, nəqliyyat məsələsi dövlət və ya yerli icra orqanlarının məsuliyyətindədir. Yeni tikililər icazə ilə tikilsə də, onların nəqliyyat təminatı sonradan düşünülür. Amma “sonradan” da çox sonraya saxlanıldıqda narazılıqlar artır.

Bəs Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) nə deyir? Əhali sayı artan Masazıra əlavə marşrutlar veriləcəkmi?

AYNA-dan Bizim Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsi – “Memar Əcəmi” metro stansiyası istiqaməti üzrə hərəkət edən 525 nömrəli marşrut xəttində günün pik saatlarında küçə və prospektlərdə müşahidə edilən sıxlıq səbəbindən ləngimələr yaranır.

525 nömrəli marşrutun müvəqqəti istismarçısına avtobusların sayının artırılması və parkın yenilənməsi ilə bağlı tapşırıq verilib. Məsələ nəzarətə götürülüb. Yaxın zamanda avtobusların yenilənməsi nəzərdə tutulub.

Qurumdan həmçinin bildirilir ki, hazırda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ictimai nəqliyyatın tənzimlənməsi, marşrutların optimallaşdırılması üçün müvafiq işlər həyata keçirilir. Yeni marşrut xəttinin təşkili məsələsinə isə optimallaşdırma çərçivəsində baxıla bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 İyun 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri