Masazır yeni çempionun görüşünə gəlmədi! 750 azarkeş nədi, sən Allah?
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Aprelin 30-da keçirilən “Neftçi” – “Qarabağ” oyununun nəticəsinə görə çempionluğu dəqiqləşən “Sabah” yeni status altında ilk oyunu mayın 3-də Şamaxıda keçirdi. “Şamaxı”nın oyunçuları sağ olsun, “bayquşlar” üçün şərəf dəhlizi açdılar, onları alqışladılar.
Srağagün isə “Sabah” çempion kimi ilk ev oyununa çıxdı. “Kəpəz”lə oyunun nəticəsinə baxsaq, hətta bəlkə dodaq büzmək olar ki, çempionluq “Sabah”a düşmədi. Ümumiyyətlə, oyun ətrafındakı ab-hava qəribə idi: sanki Masazırda meydana yeni çempion çıxmamışdı, Region Liqasının yarımfinal oyunu keçirilirdi. Tribunalarda anşlaq olması bir tərəfə, azarkeş sayı heç 1000-ə də çatmadı. Nə azarkeşlər yeni çempionun şərəfinə hansısa maraqlı pankart açdı, nə də mahnı səsləndirdi. Heç olmasa, “Neftçi” yanıq vermək üçün seçdikləri “Bu şəhər ikimizə dar...” mahnısını səsləndirəydilər, bir qədər feyziyab olaydıq. Belə çıxır ki, masazırlılar da ancaq mərkəzi qarşılaşmaları izləməyə gəlir. Yoxsa çempionluq, çempion komanda - buna dəyər verən azdı…
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:124
Bu xəbər 10 May 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















