Masazırda avtobus sürücüsünün “özbaşınalığı” sürücüləri gözlətdi, piyadaları təhlükəyə atdı VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Abşeron rayonu, Masazır dairəsində qayda pozan avtobus sürücüsü kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Kadrlardan göründüyü kimi, “BakuBus” MMC-yə məxsus 500 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JB-279 dövlət nömrə nişanlı “BMC” markalı avtobusun sürücüsü düzgün zolaqda yerləşməyib. Belə ki, düz istiqamətdə hərəkət etməli olduğu halda sağ zolaqda dayanaraq həmin istiqamətdə gedən nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
Nəticədə ərazidə uzunmüddətli tıxac yaranıb. İşıqfor sağa dönməyə daimi icazə versə də, qayda pozuntusu səbəbindən hərəkət iflic olub. Gözləməkdən bezən bəzi sürücülər isə qaydanı pozmaq məcburiyyətində qalıblar.
Görüntüdə 77-HQ-974 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınının sürücüsünün səkiyə çıxaraq hərəkət etdiyi də açıq görünür. Bu isə piyadalar üçün real qəza riski yaradıb.
İzləyicinin sözlərinə görə, sözügedən ərazidə demək olar ki, hər gün oxşar vəziyyət müşahidə olunur. Müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslar sağ zolağı qanunsuz şəkildə tutaraq nəqliyyatın axınına mane olurlar.
Qeyd edək ki, ictimai nəqliyyat vasitələrinin dayanma və zolaq qaydalarına əməl etməsi ümumi hərəkət təhlükəsizliyinin əsas şərtlərindəndir. Xüsusilə marşrut avtobuslarının səhv zolaqda dayanması tıxaclara, intizamsızlığa və piyada təhlükəsinə səbəb olur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 12 Noyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















