Masazırda bəzi əraziləri su basdı, insanlar təxliyyə olundu VİDEO
Icma.az, Olke.az saytına istinadən bildirir.
Abşeron rayonunun Masazır qəsəbəsində bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub.
Bu barədə Ölkə.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, intensiv yağan yağışlarla əlaqədar Masazırda bəzi ərazilərin subasmaya məruz qalması barədə nazirliyə məlumatlar daxil olub:
"FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib".
Baxış sayı:85
Bu xəbər 09 Dekabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















