Icma.az
close
up
RU
Masazırda hər hissədə bir qol, hərəyə bir xal

Masazırda hər hissədə bir qol, hərəyə bir xal

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabah (Bakı) – Zirə 1:1 (1:0)
92. Stas Pokatilov – 5,5
2. Amin Seydiyev (k) – 5,5
5. Rəhman Daşdəmirov – 5,5
6. Abdulax Xaybulaev – 5,5
88. Xəyal Əliyev – 5,0
(9. Anatoli Nuriyev, 71) – 5,0
18. Pavol Şafranko – 5,5
40. İqor Noqeyra – 5,5
70. Cesse Sekidika – 6,5
3. Con İrasabal – 5,5
13. İvan Lepinitsa – 6,0
33. Umarali Raxmonaliyev – 6,0
Ehtiyat oyunçular
1. Yusif İmanov
55. Nicat Mehbalıyev
10. Namik Ələskərov
17. Tellur Mütəllimov
15. Seymur Məmmədov
32. Elgün Dünyamalıyev
7. Boyan Letiç
4. Sofian Çakla
12. Vinsent Till
99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Cesse Sekidika
13. Aydın Bayramov – 5,5
32. Qismət Alıyev (k) – 5,5
8. İsmayıl İbrahimli – 5,5
(6. Eldar Quliyev, 79) – qiymətsiz
11. Rüstəm Əhmədzadə - 5,0
(7. Məqsəd İsayev, 46) – 5,0
5. Stefan Aka – 5,5
4. Ruan Renato – 5,5
10. Giorgi Papunaşvili – 5,5
(21. Hacıağa Hacılı, 79) – qiymətsiz
70. İssa Cibrila – 5,0
(90. Davit Volkov, 46) – 6,5
23. Rafael Utziq – 5,5
17. Ayron Qomis – 6,0
19. Salifu Suma – 6,0
(3. Ange Mutsinzi, 90) – qiymətsiz
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
14. Elçin Əlicanov
29. Ceyhun Nuriyev
15. Pyer Zebli
18. Martins Junior
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov
Qollar: C.Sekidika, 34 (1:0). D.Volkov, 63 (1:1).
Vərəqələr: A.Xaybulaev, 31 (qeyri-idman hərəkəti). İ.Lepinitsa, 60 (qeyri-idman hərəkəti). A.Seydiyev, 62 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir). Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
15 mart. Bakı. “Bank Respublika Arena”. 1000 tamaşaçı (8600 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Mövsüm ərzində xeyli xal itkisiylə üzləşən “Sabah” paytaxt derbisində “Zirə”ni məğlub etməklə millinin oyunlarıyla bağlı fasiləyə xoş əhval-ruhiyyədə yollanmaq, “qartallar” isə ikinci pillədəki mövqeyini möhkəmləndirmək istəyirdi.

Təbii ki, “bayquşlar” məqsədinə çata bilmək üçün daha fərqli oyun göstərməyə məcbur idi. Axı “futbol ili” ərzində bir çox matçda ruhsuz görünən komanda qəsəbə təmsilçisinə qalib gəlmək üçün daha yaxşı oyun göstərməli, psixoloji baxımdan hazırlıqlı olmalıydı. Lakin Vasili Berezutskinin kollektivi bu dəfə də təəccübləndirmədi. Bunun əvəzində qonaqlar uzun müddət sonra fərqli oyun tərziylə diqqəti çəkdi. Daha doğrusu, demək olar ki, ilk yarım saat ərzində hər iki tərəf tutarlı hücum qurmaqdan çəkindi. Belədə ilk təhlükəli vəziyyəti izləmək 27-ci dəqiqədə qismət oldu. Burda Papunaşvili təxminən 30 metr məsafədən bəxtini sınadı ki, top Pokatilovun müdaxiləsindən sonra tirin üstündən şütüdü.
Bir qədər sonra cərimə meydançasındakı qarışıqlıqdan yararlanan Cesse hesabı açdı. Dəqiq desək, 34-cü dəqiqədə Umarali Lepinitsaya, sonuncu isə Xəyala ötürmə etdi. Təhlükəni dəf etmək istəyən Renato gənc hücumçuyla mübarizədən qalib ayrılsa da, top Sekidikanın önünə düşdü. Nəticədə fürsətdən maksimum yararlanan nigeriyalı komandasını sevindirdi. Növbəti təhlükəli vəziyyəti də meydan sahibləri yaratdı. Daha doğrusu, Amin 42-ci dəqiqədə Umaralinin cərimə meydançasına göndərdiyi topa toxuna bilmədi.
Hər halda, “Zirə”ni qəbul etdiyi son üç matçda fərqlənə bilməyən “bayquşlar” birinci hissədə uğursuz seriyaya son qoydu. İndi azı hesabı qorumaq lazım idi ki, ikinci yarı bu baxımdan düşərli olmadı. Sən demə, Rəşad Sadıqov Volkovu meydana buraxmaqla düzgün seçim edib. O başqa məsələ ki, qonaqlar gürcüstanlının fərqlənməsinə qədər daha bir fürsəti boşa verdi. 52-ci dəqiqədə topu Şafrankodan “oğurlayan” Qomis qüvvətli zərbəylə bəxtini sınadı və top tirin üstündən keçdi. Qəsəbə təmsilçisi arzusuna 63-cü dəqiqədə çatdı. Qismətin cərimə meydançasına göndərdiyi topu başla uzaqlaşdırmaq istəyən Xəyalın istiqaməti düzgün təyin edə bilməməsi Volkova ötürmə verməsiylə nəticələndi. Belədə təcrübəli hücumçu başla fərqləndi. İndi komandalar qələbə qolu üçün irəli atılmalıydı. Əslində 66-cı dəqiqədə künc zərbəsini yerinə yetirən qəsəbə təmsilçisi istəyinə çata bilərdi. Ona görə ki, Amin Qismətin cərimə meydançasına çatdırdığı topu bilmədən Akanın önünə atdı. Afrikalının qeyri-dəqiqliyi fürsətin əldən çıxmasıyla nəticələndi. “Sabah”ın 75-ci dəqiqədə vurduğu qol isə sayılmadı. Çünki topu Lepinitsadan qəbul etdikdən sonra tora qovuşduran Şafranko oyundankənar vəziyyətdə idi.
Ardınca komandalar daha bir neçə fürsəti boşa verdi. Yaddaqalan epizodlara gəlincə, Noqeyra qeyri-dəqiqlik üzündən komandasını məyus etdisə, 90+3-cü dəqiqədə “çərçivə”ni nişan almağa çalışan Eldara mane olmaqla günahını “yudu”. “Sabah”ın daha bir təhlükəli hücumu isə yarıda qaldı. Belə ki, cərimə meydançasının həndəvərində qərarlaşan Amin Anatolinin ötürdüyü topu qəbul etdikdən sonra final fitini eşitdiyi üçün ayaq saxladı. Beləcə matç “bayquşlar”ın etiraz səsini ucaltdığı anlarla başa çatdı. Görəsən, Masazır təmsilçisinin azarkeşləri böhran yaşayan komandalarına nə vaxt barmaq silkələyəcək?
Gözdən qaçmadı
* Rəşad Sadıqovun köməkçisi Nəriman Hüseynov 86-cı dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı.
* Vasili Berezutski Rəşad Əhmədovun matçı bitirməsinə ciddi şəkildə etiraz etsə də, dördüncü hakim onu sakitləşdirməyə çalışdı.
* “Soldati di Sabah” və “Qartallar” fanklubları tribunalarda yerini almışdı.
* Matçdan sonra hamama yollanan futbolçular yuyunmağa isti su tapmadı.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Mart 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri