Icma.az
close
up
RU
Masazırda paytaxt, “Tofiq Bəhramov”da Azərbaycan derbisi...

Masazırda paytaxt, “Tofiq Bəhramov”da Azərbaycan derbisi...

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünən keçirilən “Araz-Naxçıvan” – “Turan Tovuz” matçıyla Misli premyer-liqasında 31-ci tura start verildi.

Bu gün və sabah baş tutacaq matçlarla bu tur da geridə qalacaq.
Misli premyer-liqası
4-cü dövrə, 31-cü tur
19 aprel
Sabah – Səbail 1:1

Sofyan Çakla, 31 - İnnosent Nşuti, 21
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 14:+9=3-2, 21:7.
2018/19 – 0:4, 3:1; 2019/20 – 3:0, 0:0; 2020/21 – 2:1, 0:0; 2021/22 – 0:1, 1:0; 2022/23 – 1:0; 2022/23 – 0:0, 4:0; 2023/24 – 4:0, 2:0; 2024/25 – 1:0.
Cəzalı: Pavol Şafranko (Sabah).
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: FƏRİD HACIYEV, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı, “Bank Respublika Arena”. Saat 17.30.
Bölgə təmsilçilərinin dueliylə start götürən tur paytaxt derbisiylə davam edəcək. "Səbail"i sınağa çəkəcək "Sabah" 8 oyuna çatan qələbə həsrətinə son qoymağa çalışacaq. Düzdü, təyinatından sonra komandanı meydana çıxardığı 16 matçda cəmi 3 dəfə qalib gələn Vasili Berezutski autseyderi yenməklə "günahını yuya" bilməz. Lakin ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Neftçi"ni qəbul edəcək "bayquşlar" bu görüşdə qələbə qazanmaqla psixoloji təzyiqdən xilas olmağa çalışmalıdı. O başqa məsələ ki, sonuncu sıranın daimi sakininə çevrilən "Səbail"in durumu daha ağırdı. Sirr deyil ki, 9-cu pillədə qərarlaşan "Kəpəz"lə aradakı xal fərqinin turdan-tura artması kollektivin özünü toparlamasına mane olur. Sonuncu qələbəsini 20-ci turda Gəncə təmsilçisi üzərində qazanan "dənizçilər" tilsimi qırmaq üçün əlindən gələni əsirgəməməli, son şansları maksimum dəyərləndirməkdən başqa çarə qalmadığını dərk etməlidi. Yoxsa mövsümün qalan qarşılaşmaları Elvin Məmmədovun komandası üçün formal xarakter daşıya bilər.
Komandalar indiyə qədər 26 dəfə üz-üzə gəlib. Bunların 13-də Masazır, 7-də Bayıl təmsilçisi qələbə qazanıb, 6-da qalib müəyyənləşməyib. Topların nisbətində “bayquşlar” öndədi – 38:21.
Qarabağ – Neftçi
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 49:+24=15-10, 71:40.
1992/93 - 2:1; 1993/94 - 1:0; 1994/95 - 0:0; 1995/96 - 1:1, 1:2*, 1996/97 - 2:1; 1997/98 - 1:0; 1998/99 - 1:0, 1:0; 200/01 - 1:1; 2000/01 - 0:4; 2002/03 - 1:0; 2003/04 - 1:3; 2004/05 - 2:1; 2005/06 - 2:2; 2006/07 - 0:2; 2007/08 - 0:0; 2008/09 - 1:1; 2009/10 - 1:0, 2:0; 2010/11 - 0:1, 3:0; 2011/12 - 1:2, 0:0; 2012/13 - 1:0, 1:2; 2013/14 - 3:1, 1:1; 2014/15 - 0:0, 3:2; 2015/16 - 1:1, 2:0; 2016/17 - 3:0, 1:1; 2017/18 - 1:0, 0:1; 2018/19 - 1:1, 1:1; 2019/20 - 2:0, 0:0; 2020/21 - 1:2, 1:2; 2021/22- 4:0, 4:1; 2022/23 - 3:1, 1:1; 2023/24 – 2:0, 5:0; 2024/25 – 4:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.00.
Bu gün həm də "futbol ili"nin sonuncu Azərbaycan derbisinin şahidi olacağıq. Etiraf edək ki, uzun müddətdi bu matçın yalnız afişası "diri" qalıb. "Qarabağ"ın yüksəliş, "Neftçi"nin tənəzzül dövrünü əhatə edən oyunlarda qeydə alınan nəticələr ağdamlı azarkeşləri təəccübləndirməyibsə, bakılı tərəfdarların yarasına duz səpib. Səmimi olsaq, bu dəfə fərqli mənzərə izləyəcəyimizi düşünmək ağlabatan deyil. Qurban Qurbanovun çempion olmaq üçün gün sayan komandası bu görüşdə də qələbəyə can atacaq. Axı "Zirə" bu tur xal itkisiylə üzləşsə, "köhlən atlar" çempionluğunu rəsmiləşdirəcək! Əlbəttə, "Neftçi" kimi əzəli rəqib üzərində qələbədən sonra belə şad xəbər almaq Ağdam təmsilçisinin düşərgəsində toy-bayram ab-havası yaradacaq. Deməli, "Qarabağ" belə fürsəti əldən vermək istəməyəcək. O ki qaldı "ağ-qaralar"a... Samir Abasovun komandası ölkə kubokunun yarımfinalında “Sabah"la qarşılaşacağından Azərbaycan derbisinə lazımi diqqət ayırmaqda çətinlik çəkə bilər. Hələ "Zirə"ni qəbul etdikləri matçda qeydə alınan dramatik məğlubiyyətin yaratdığı psixoloji təzyiqi demirik. Qısası, paytaxt sakinlərinin axşam saatlarında "Tofiq Bəhramov"a üz tutmasında fayda var. Son illərin ən maraqlı matçlarından birini hansı futbolsevər stadiondan izləmək istəməz ki?!
Komandalar indiyə qədər 98 dəfə qarşılaşıb. Bunların 44-də Ağdam, 23-də Bakı təmsilçisi qalib gəlib, 31-də “sülh” qeydə alınıb. Topların nisbətində “köhlən atlar” öndədi – 137:84.
20 aprel
Şamaxı – Kəpəz

“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 18:+12=4-2, 40:12.
1999/00 – 3:1; 2000/01 – 3:0; 2001/02 – 2:0; 2003/04 – 8:0; 2004/05 – 2:0; 2005/06 – 5:0; 2010/11 – 1:0; 2011/12 – 0:0; 2012/13 – 3:1; 2015/16 – 1:0, 1:0; 2016/17 – 2:2, 4:1; 2017/18 – 3:2, 0:2; 2022/23 – 1:1, 1:1; 2024/25 – 0:1.
Cəzalı: Elmir Tağıyev (Kəpəz).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Şamaxı, şəhər stadionu. Saat 16.30.
Premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandaların dueli də maraqla gözlənilir. Ona görə ki, ötən həftə “Sumqayıt”ı yenməklə məqsədinə böyük ölçüdə çatan “Şamaxı” son 4 matçda nəinki uduzmayan, “Qarabağ”, Araz-Naxçıvan” və “Sabah” kimi iddialı rəqiblərdən xal qoparan, “Səbail”lə heç-heçə etməklə aradakı xal fərqinin azalmasına imkan verməyən “Kəpəz”i qəbul edəcək. Bu matçdakı qələbə komandaların üzərindəki təzyiqi böyük ölçüdə azaldacaq. Onlar məhz bu üzdən qalib gəlməyə, ən pis halda “sülh”ə nail olmağa çalışacaq. Həmçinin gəncəlilər sonuncu Şamaxı səfərindən qalib ayrılıb. “Şirlər” həm də həmin məğlubiyyətin qisasını almaq istəyəcək.
Komandalar indiyə qədər 37 dəfə üz-üzə gəlib. Bunların 18-də “Şamaxı”, 9-da “Kəpəz” qələbə qazanıb, 10-da hərəyə bir xal düşüb. Topların nisbətində “şirlər” öndədi – 60:37.
Zirə – Sumqayıt
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 18:+11=6-1, 28:12.
2015/16 - 3:2, 1:0; 2016/17 - 0:1, 1:0; 2017/18 - 3:1, 1:1; 2018/19 - 3:1, 2:0; 2019/20 - 2:2; 2020/21 - 2:2, 0:0; 2021/22 - 1:0, 1:0; 2022/23 - 0:0, 3:1; 2023/24 - 1:0, 0:0; 2024/25 – 4:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: RAUF CABBAROV, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zirə, İdman Kompleksinin Stadionu. Saat 19.00.
Tura 2-ci pillədəki mövqeyini möhkəmləndirmək istəyən “Zirə” ilə premyer-liqada qalmaq uğrunda döyüşən “Sumqayıt”ın qarşılaşmasıyla yekun vurulacaq. Qəsəbə təmsilçisinin matçın aşkar favoriti olduğuna şübhə yoxdu. “Kimyaçılar” sürprizə imza atmaq istəyirsə, daha inamlı və əzmkar oyun göstərməlidi. Əks halda, çempionatdakı yeri daha ciddi təhlükə altına düşə bilər. Axı hələ mövsüm başa çatmayıb.
Komandaların indiyəqədərki 38 qarşılaşmasının 21-də “qartallar”, 6-da “gənclik şəhəri”nin təmsilçisi qalib gəlib, 11-də hərəyə bir xal düşüb. Topların nisbətində “Zirə” öndədi – 53:23.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Sabah” 4 oyundu uduzmur. “Səbail” son iki qarşılaşmada qol vurmayıb.
// “Qarabağ” ardıcıl 8 qələbə qazanıb. 4 matçdı qol vurmayan “Neftçi” 15 görüşdü qalib gəlmir.
// “Şamaxı” son 2 matçda qalib gəlməyib. “Kəpəz” son 4 səfərdə uduzmayıb.
// “Zirə” 18 oyundu uduzmur. “Sumqayıt” son 3 oyunda məğlub olub.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Aprel 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri